ATƏT-in fəaliyyətdə olan yeni sədri, İsveçin xarici işlər naziri Ann Linde Ukraynaya səfər edəcək.
APA-nın xəbərinə görə, bu barədə A. Linde ölkəsinin təşkilata sədrliyi dövründəki prioritetləri təqdim edərkən bildirib.
“Ortaq öhdəliklərimizin və beynəlxalq hüququn pozulmasının ən bariz nümunəsi Ukrayna və onun ətrafındakı böhrandır”, - deyə İsveçin XİN başçısı bildirib.
O qeyd edib ki, ölkəsi təşkilata sədrlik etdiyi dövrdə ATƏT-in Ukraynadakı müşahidə missiyasının fəaliyyətinə güclü dəstək verməyə davam edəcək.
“Gələn həftə mən Ukraynaya səfər edəcəyəm”, - deyə A. Linde vurğulayıb.