Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ-da 20 yanvar tarixində hansı hadisələr baş verə bilər... - Açıqlama
Konqresin

ABŞ Konqresinin Nümayəndələr Palatası səs çoxluğu ilə respublikaçı Prezident Donald Trampın impiçmenti üzrə qərar qəbul edib.

Trampın partiyasından 10 nəfər impiçmentə dəstək verib. Müzakirələr zamanı 232 Konqres üzvü sənədi dəstəkləyib, 197-si əleyhinə çıxıb, 5 nəfər isə səsvermədə iştirak etməyib.

Bizimyol.info-ya açıqlaması zamanı Sosial Tədqiqatlar Mərkəzinin (STM) baş məsləhətçisi, politoloq Tural İsmayılov bildirib ki, hazırda ABŞ dünyaya siyasi şou göstərməklə məşğuldur. Onun sözlərinə görə, bir neçə gün öncə baş verən ixtişaşlar və Tramp tərəfdarlarının Konqres binasına daxil olması əslində dünya üçün örnək olan görüntülər idi.

Tural İsmayılov Tural İsmayılov

“Başqa ölkələrdə insanları söz azadlığının, fikir plüralizminin olmamasında günahlandıran ABŞ-ın özündə demokratiya böhranı yaşandı. Tramp tərəfdarları Konqresə daxil olduqdan sonra müxtəlif formada təzyiq və təqiblərə məruz qaldılar. Daha sonra Donald Trampın bütün sosial media hesabları kütləvi şəkildə linç edildi. Əslində demokratiya və fikir fərqliliyinin beşiyi kimi özünü təqdim edən ABŞ-da dövlətin və siyasi sistemin hansı formada avtokratizmi mövcuddur ki, adi sosial şəbəkə hesablarında belə Donald Trampın paylaşımları ya bloklanırdı, ya da qarşısı alınırdı. Hazırda isə Donald Trampın impiçment məsələsi Nümayəndələr Palatasında müzakirə olundu və senata baxılması üçün təqdim edildi. Nümayəndələr Palatası Trampa impiçment elan etdi. Rəsmi olaraq onsuzda 20 yanvar tarixində Bayden vəzifəyə başlayacaqdı. Nümayəndələr Palatasının 1 həftə qalmış impiçment qərarı verməsi də siyasi şoudan və tamaşadan başqa bir şey deyil. Co Bayden 20 yanvarda hakimiyyəti rahat formada təslim alacaq, çünki seçkilərdə qalib gəldiyini elan edir. Baxmayaraq ki, buna Tramp tərəfdarlarının ciddi etirazları var”.

Tural İsmayılov bildirib ki, 20 yanvarda hansısa kiçik lokal etirazlar davam edəcək, amma bütövlükdə Baydenin hakimiyyətini təhdid edən, onun prezidentlik kürsüsünə qlobal mənada təhlükə yaradan hansısa böyük hadisənin baş verməyəcək..

“20 yanvardan sonra Amerikanın daxili siyasi sistemində böyük qarışıqlıqların baş verəcəyi gün kimi aydındır. Həm Trampın özünə, həm də Tramp dönəmində hakimiyyətin yuxarı eşalonlarında təmsil olunan məmurlara qarşı cinayət işləri qaldırılacaq, siyasi təqiblər baş verəcək. Tramp hakimiyyətdə olduğu müddətdə dəfələrlə demokratlar tərəfindən müxtəlif platformalarda iddialar səslənib ki, bu iddilar da çox ciddi və əsası olan iddialara bənzəyir.

ABŞ-da müəyyən etirazlar baş verəcək. Həmin etirazlar təkcə Baydenin prezident kürsüsünə oturması ilə bağlı olmayacaq. Donald Trampın hakimiyyətdə olduğu illərdə atdığı addımlarla bağlı müəyyən sorğular açılacaq, amma bütövlükdə hakimiyyətdən düşdükdən sonra hansısa ABŞ prezidentinin həbsi gündəmdə olmadığı üçün düşünürəm ki, ABŞ bu məsələ də manupulyasiya olunacaq. Yəni Trampın həbsi və s. gözlənilmir”.

Poliqoloqun sözlərinə görə, bütövlükdə ABŞ-ın dünya siyasi sisteminə təsir dairəsi zəifləməyəcək.

“ABŞ öz daxilindəki siyasi narazılıqları dayandırmağı bacaracaq. ABŞ-ın siyasi sistemi o qədər mürəkkəb şəkildə qurulub ki, o, həm öz daxilindəki siyasi prossesləri dünyaya istədiyi şəkildə təqdim edir, həm də dünyadakı siyasi prosseslərdən özü üçün istədiyi mənzərəni yarada bilir”,-deyə bildirib.

Qeyd edək ki, Donald Tramp Birləşmiş Ştatların tarixində iki dəfə impiçment elan edilən ilk dövlət başçısıdır. Trampa qarşı birinci impiçment 2019-cu ilin dekabrında Konqresə hakimiyyətdən sui-istifadə və mane olma ittihamları ilə irəli sürülüb. Lakin Senat ona bəraət qazandırıb.

Leyla Mirzə

Paylaş »
››› Ermənistan hərbi geyimlərinin üstündə "Made in Turkey" etiketi aşkarlanıb - Foto
››› İlham Əliyevin açıqlamasından sonra Ermənistan: "Uşaqlarımızı Qarabağdan qaytarın"
››› Bayram Səfərov: “Sosial şəbəkə istifadəçiləri kordur, mən neyləyim...”
››› "Azərİşıq": İşığımız Şuşada yandı! - Şəhərdən son videogörüntülər
››› Baş nazirdən Azərbaycanda sərt karantin rejimi ilə bağlı qərar
››› Paşinyanın oğlu da Moskvaya qaçdı - Video
››› Rusiya Müdafiə Nazirliyindən Qarabağda son vəziyyətlə bağlı məlumat
Son xəbərlər
Bütün xəbərlər »