Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İqtisadçılardan etiraz: “Bu pulla Qarabağda evlər tikmək və şəhid ailələrini mənzillə təmin etmək olar”
Mərkəzi Bank

Xəbər verildiyi kimi Azərbaycan Mərkəzi Bankının (AMB) yeni inzibati binasının tikintisi üçün 218 milyon avro (452 milyon manat) vəsait xərclənəcək.

Mərkəzi Bank ötən il verdiyi tender elanında bildirmişdi ki, 160 metr hündürlüyündə olacaq yeni inzibati bina Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 109 ünvanında tikiləcəyini bildirib. Hansı ki, bu prospektə SOCAR, ARDNF, Azersun, ASK Arena stadionu, Atletlər kəndi və s. yeni inşa edilmiş tikililər vardır.

Bizimyol.info xəbər verir ki, azad edilmiş torpaqlarda bərpa işlərinə ehtiyacın və qlobal böhranın iqtisadiyyata təsirlərinin olduğu vəziyyətdə 450 milyon manat dövlət vəsaitinin ofis binasının tikintisinə xərclənməsi müzakirələrə səbəb olub.

Politoloq Fərhad Mehdiyev Fərhad Mehdiyev

Beynəlxalq hüquq üzrə professor, politoloq Fərhad Mehdiyev bildirib ki, AMB biznes qurumu olmadığı üçün yeni binanın tikintisinə ictimai maraq olmalıdır: “Mərkəzi Bankın binası üçün 450 milyon manatın ayırılması məsələsi hüquqa ziddir. AMB publik hüquqi şəxsdir. Qanun əsasında yaradılır, mülkiyyəti dövlət mülkiyyətidir, fəaliyyət məqsədi ictimai marağa yönəlir. Biznes qurumu deyil, satınalmalarını “Dövlət satınalmaları haqqında” qanuna görə həyata keçirir. Ona müstəqillik verilməsinin səbəbi, siyasi müdaxilədən uzaq pul siyasətini həyata keçirə bilməsidir.

450 milyon manat vətəndaşın cibindən çıxdığı üçün istənilən vətəndaş AMB-in bu qərarına qarşı 1 saylı İnzibati Məhkəməyə müraciət edə bilər”.

Qubad İbadoğlu Qubad İbadoğlu

İqtisadçı-ekspert Qubad İbadoğlu sözlərinə görə, bankların bağlandığı, manatla və valyuta ilə depozitlərin həcminin azaldığı, cəmi kredit qoyuluşlarının aşağı düşdüyü, milli iqtisadiyyatda 4 faiz enişin qeydə alındığı indiki şəraitdə belə bahalı inzibatı binanın tikintisinə 450 milyon manatın xəcrlənməsinə qərar verənlər başa düşməlidirlər ki, böyük binaların istismar və saxlanma xərcləri də çox olur.

“Böyük Bərpa Planına görə, işğaldan azad edilmiş ərazilərdə tikiləcək mənzillərin hər kvadrat metrinin smeta dəyəri 350 manat olacaq. Bu hesabla təkcə Mərkəzi Bankın binasının tikintisinə xərclənəcək vəsaitlə Qarabağda ümumilikdə 1 milyon 287 min 714 kv metr yaşayış sahəsi olan mənzillər və Böyük Bərpa Proqramında nəzərdə tutulduğu kimi hər biri 85 kv metrdən olmaqla 15 min 149 ev tikmək olar.

450 milyon manatla şəhid ailələrinin, qazilərin, müharibə iştirakçılarının hər birini mənzillə və avtomobillə təmin etmək olar.

450 milyon manat vəsaitlə 5000 min istedadlı Azərbaycan gəncinin dünyanın ən nüfuzlu Universitetlərdə 2 il ərzində xaricdə magist təhsilinin xərclərini ödəmək, onların yaşayış xərclərini tam şəkildə qarşılamaq, bununla da 2 il ərzində beynəlxalq standartlara cavab verən 5000 kadr hazırlamaq olar”,- deyə Q.İbadoğlu bildirib.

Paylaş »
››› David Tonoyandan sensasiyalı müharibə etirafları - əmrlər Sergey Şoyqudan gəlirmiş
››› Putin axır ki, "saray videosu"ndan danışdı və özünü daha da çətinə saldı - Video
››› Yüzlərlə Bakı sakini Naxçıvanda ilişib qalıb
››› “Ərdoğan Parisdən 3 saatlıq məsafədə Osmanlı İmperiyası qurur”
››› Cavad Zərifin Bakı səfərinin arxasında nə dayanır...
››› Rövnəq Abdullayev vəzifəsini icra edir
››› Avropada erməni olmaq: Erməni kimliyi və diasporasının ikinci sığınacaq “vətəni”: “Fransa erməniləri”, yoxsa “erməni əsilli fransızlar”
Son xəbərlər
Bütün xəbərlər »