Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Həkim: “Koronavirusa yoluxmuş şəxslərin vaksinasiyası təhlükəli nəticələr verə bilər”
Vaksin - peyvənd

Yaxın günlərdə ölkəyə vaksinlər gətiriləcək və vaksinasiya adlanan tərbirlər kompleksi həyata keçirilməyə başlayacaq. Azərbaycanda Çinin SinoVac, Ermənistanda Rusiyanın Sputnik-V, Gürcüstanda isə almanların “BioNtech-Pfizer” vaksini vurulacaq.

Peyvənddən sonra əmək qabiliyyəti itərsə o şəxsə maaşının 100%-i qədər muavinat veriləcək, ölən şəxsə isə muavinat ailə üzvünə veriləcək.Burada əmək qabiliyyətinin tam yox, müvəqqəti itirilməsindən söhbət gedir. Nazirlər Kabinetinin 15.09.1998-ci il tarixli, 189 nömrəli qərarı ilə təsdiq edilmiş müvafiq əsasnaməyə uyğun olaraq, əmək qabiliyyətini profilaktik peyvəndlər nəticəsində sağlamlığın müxtəlif dərəcədə pozulması ilə (postvaksinal fəsadla) əlaqədar itirən vətəndaşlara əmək haqqının 100 faizi miqdarında müavinət ödənilir. Həmin ödəniş müvəqqəti xarekter daşıyır bir qayda olaraq əlillik müəyyən edilənədək verilir. Əlillik müəyyən edikməzsə şəxs sağalsa ödəniş dayandırılır.

Vaksinasiya artıq İsrail, Türkiyə, bəzi Avropa ölkələrində başlayıb və əhalinin xeyli hissəsinə vaksin vurulub. Bizdə isə hələ də şübhələr hökm sürür. İnsanların əksəriyyəti vaksin etdirməyəcəklərini söyləyirlər və əks təsirlərdən qorxurlar. Bir çoxları isə bunu qlobal oyunun bir hissəsi hesab edərək vaksinə inanmır.

Maraqlı məqamlardan biri budur ki, koronavirusa yoluxub sağalmış insanların vaksinasiyasına ehtiyac varmı? Məsələ bundadır ki, vaksinasiyanın edilməsi könüllü olsa da bunu etdirməyə vacib edən amillər var. Məsələn rəqəmsal vaksin pasportunun yaradılması. Çünki xaricə uçmaq , oteldə qalmaq, hansısa konfranslara qatılmaq kimi addımların atılması üçün vaksinasiya sertifikatı tələb olunacaq. Bəs koronavirus keçirənlərin təkrar vaksinasiyaya ehtiyacı varmı. İndiyədək ölkədə ümumilikdə 225 820 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 212 120 nəfər müalicə olunaraq sağalıb. Nəzərə alınmalıdır ki, bu rəqmələr yalnız rəsmi test sayını əks etdirir. Yoluxmasından xəbərsiz olan , yoluxsa belə həkimə müraciət etməyən minlərlə insan mövcuddur.

Qalib Əsədov Qalib Əsədov

Doktor Qalib Əsədovun fikrinə görə, koronavirusa yoluxmuş şəxslərin vaksinasiyasına gərək yoxdur. Çünki qanlarında artıq anticisimlər mövcuddur. Üstəlik koronavirusa yoluxub sağalmış şəxslərin vaksinasiyası əlavə problemlər də yarada bilər. “Çox adam var ki, heç özü də bilmir, virusu keçirib ya yox. Orqanizmində anticisimlər mövcuddur yoxsa yox. Buna görə vaksinasiyadan öncə mütləq şəkildə vətəndaşalrın qanı seroloji analiz edilməldir. Yanıma müxtəlif ağrılarla pasiyentlər gəlirlər. Bel, əzələ ağrısıyla. Analizlər göstərir ki, yoluxublarmış, amma özlərinin xəbəri olmayıb. Belə adamların təkrar vaksiə ehtiyacı yoxdur.

Başqa bir məqama da toxunmaq istərdim. İnam olmadan heç bir həkim xəstəni sağaltmaq iqtidarında deyil. Vətəndaşları inandırmaq üçün cəhd edilməldir. Çünki, bir ildir qapalı və məhdudiyyətlər çərçivəsində yaşayan insanlarda aqressiya, inamsızlıq, depressiya vəziyyətləri yaranıb.

Polis postlarının yerində test postları quraşdırılsın, dərmanlar əlçatan olsun. İnam qayıtmasa fiasko olacaq. Necə ki, bu günə kimi COVİD-lə mübarizədə bizim səhiyyə sistemi fiaskoya uğrayıb. Milyon nəfərə düşən yoluxma və ölüm sayına görə dünyada ilk yerlərdəyik”,- deyə həkim qeyd edib.

Koronavirus keçirmiş şəxslərin əksəriyyətiin adlarının müvafiq sistemə salınmasını nəzərə alaraq, vaksinasiya zamanı bu məqamın nəzərə alınacağını düşünmək olar. O ki qaldı xəstəliyi simptomsuz keçirmiş şəxslərə. Siz siz olun analizlərinizi özünüz verin, məlumatlanın. Səhiyyəmizin başı bu aralar çox qarışıqdır.

İlhamə Rəsulova

Paylaş »
››› Navalnının yaydığı görüntülər Putinin axırına çıxacaq - Video, Foto
››› Rusiyanın "yük atı": Yarım əsrin əfsanəsi tam yeni dizayna keçir - Foto
››› “Baydenin hakimiyyəti dönəmində Türk Dünyasını çətin günlər gözləyir”
››› 26 yaşında general-mayor rütbəsi alan gözəl...
››› ABŞ dollarının uzunmüddətli ucuzlaşması gözlənilir
››› "Azərbaycanın qələbəsindən sonra tarixi türk coğrafiyası bərpa olunur"
››› Azərbaycanda jurnalist qətlə yetirilib
Son xəbərlər
Bütün xəbərlər »