Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda COVID-19 peyvənd olunan şəxsin sağlamlığında problem olsa, ödəniş veriləcək... - Rəsmi
Peyvənd - Həkim iynə

Azərbaycanda koronavirusa qarşı peyvəndləmə prosesinin yaxın zamanlarda başlayacağı bildirilib. Lakin bəzi vətəndaşların peyvəndin təhlükəsizliyi ilə bağlı narahatlıqları var.

Ötən gün sosial şəbəkələrdə peyvənddən sonra əmək qabiliyyətini itirəcək şəxslərin maaşının 100%-i qədər müavinat veriləcəyi, ölən şəxsə isə müavinatin ailə üzvünə ödəniləcəyə ilə bağlı məlumat yayılıb.

Yayılan məlumatla bağlı Bizimyol.info-ya açıqlama verən TƏBİB-in İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin əməkdaşı Elnarə Baxış bildirib ki, qurum bununla bağlı hələlik məlumat yaymayıb:

"Bu məsələ ilə bağlı açıqlama verə bilmərik. Yaxın zamanlarda bütün bunlarla bağlı vaksinasiya strategiyası açıqlanacaq. Bundan sonra ictimaiyyət hər şeydən məlumatlı olacaq. Ona görə deyə bilərəm ki, bu, bizim məlumat deyil və əsassızdır. Yanlış olaraq bizim adımızdan yayılıb".

Leyla Mirzə

Paylaş »
››› Navalnının yaydığı görüntülər Putinin axırına çıxacaq - Video, Foto
››› Rusiyanın "yük atı": Yarım əsrin əfsanəsi tam yeni dizayna keçir - Foto
››› 26 yaşında general-mayor rütbəsi alan gözəl...
››› Azərbaycanda jurnalist qətlə yetirilib
››› "Azərbaycanın qələbəsindən sonra tarixi türk coğrafiyası bərpa olunur"
››› ƏDV faizlərini geri alanlar üçün ikiqat qazanc!
››› Nazirin Sumqayıtın polis rəisini işdən çıxardı
Son xəbərlər
Bütün xəbərlər »