Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Mərkəzi Banka yarım milyardlıq binanın tikilməsində kimlərin marağı var... - Açıqlama
Mərkəzi Bank

Azərbaycan Mərkəzi Bankı (AMB) yeni inzibati binasının tikintisinə 218 mln. avro (təxminən 450 milyon manat) yönəldəcək. Bina Türkiyənin "Tekfen" şirkəti tərəfindən inşa ediləcək.

Türkiyə mətbuatının verdiyi məlumata görə, bu barədə Türkiyənin İctimaiyyəti Məlumatlandırma Platformasının açıqlamasında deyilib. AMB-nin yeni inzibati binasının mühəndis, avadanlıq və material təchizatı, həmçinin "açar" təslim-tikinti işləri üzrə keçirilən tenderin qalibi "Tekfen Holding"ə daxil olan "Tekfen İnşaat ve Tesisat A.Ş." şirkəti olub.

Bizimyol.info-ya açıqlaması zamanı iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, hər hansı dövlət qurumuna yeni inzibati binanın tikilməsi üçün onların əsaslandırması olmalıdır. Onun sözlərinə görə, Mərkəzi Bank bu günə qədər belə bir əsaslandırma etməyib.

“Nəyə görə belə bir binanın tikilməsinə ehtiyac duyulduğu barədə heç elanda edilməyib. Təəssüf ki, bu, Azərbaycanda birinci belə hal deyil yaşanır.

"Azərsu" ASC "Azərsu" ASC

Məsələn, Azərsu üçün də Heydər Əliyev prospektində çox baha qiymətə, təxminən 200 milyon manata yeni bir bina tikildi. Amma ölkənin bir çox yerlərində normal su təchizatı yoxdur. Su təchizatının yaxşılaşdırılması ilə bağlı vəsait xərcləməkdənsə, yeni inzibati binanın tikilməsi nəyə lazımdır?

Eyni qayda Mərkəzi Banka da aiddir. Mərkəzi Bank çox gözəl bir yerdə, şəhərin mərkəzində, 1998-ci ildə tikilmiş binaya sahibdir. Kifayət qədər genişdir və yeni tikilidir. Orada minlərlə ştat yoxdur ki, hansısa binaya yerləşməsin və ya iş şəraiti ilə bağlı problem yaşasın. Mərkəzi Bank yeni binanın tikintisi ilə bağlı əsaslandırma gətirməlidir.

Bu sadəcə öncədən alınmış qərarın, indi heç bir yeni reallığı nəzərə almadan uyğulanması deməkdir. Bu da kifayət qədər qıcıq yaradan məsələdir, çünki yeni binanın heç bir əhəmiyyəti, ciddi iqtisadi gətirisi də olmayacaq. Mərkəzi Bankın hanısa binada oturmasının, fəaliyyət göstərməsinin iqtisadiyyata bir başa təsiri yoxdur. Əlavə dəyər yaratmayan bir qurumdur. Bu qərar indiki şəraitdə yersiz qərardır. Həmin vəsaitlə çox işlər görmək olardı. Həm sosial problemlərin həllinə yönləndirmək, həm işğaldan azad olunmuş torpaqlarda bərpa işlərinin sürətlənməsinə xərclənə bilərdi, amma təəssüf ki, belə bir qərar alındı.

Natiq Cəfərli Natiq Cəfərli

Natiq Cəfərlinin sözlərinə görə, bu qərarın alınmasında müxtəlif lobbi qruplarının marağı var. “Tenderi udan “Tekfen” şirkəti 90-cı illərdən Azərbaycanda çalışır və yerli elita ilə kifayət qədər ciddi münasibətlər qurub. Bu münasibətlərin təsiri nəticəsində də belə qərarların alınmasını görürük. Heç bir zərurət olmadan belə bir binanın indiki zamanda tikilməsi, vəsaitin havayı xərclənməsi kimi dəyərləndirilməlidir”.

Ekspert onuda vurğulayıb ki, bu məbləğə on minlərlə koronavirus xəstələrini sağaltmaq mümkün olardı. “Təqribi hesablamalara görə, koronavirus xəstələrinin müalicəsi üçün 500-600 manat civarında məbləğ lazımdır. Ən bahalı dərmanlarla belə hesablasaq, bu məbləğə on minlərlə insanı sağaltmaq mümkün olardı. Hətta bu məbləğ bütün pandemiya dövrünə bəs edərdi, hələ artıqda qalardı”,-deyə bildirib.

Leyla Mirzə

Paylaş »
››› Ermənistan hərbi geyimlərinin üstündə "Made in Turkey" etiketi aşkarlanıb - Foto
››› İlham Əliyevin açıqlamasından sonra Ermənistan: "Uşaqlarımızı Qarabağdan qaytarın"
››› Bayram Səfərov: “Sosial şəbəkə istifadəçiləri kordur, mən neyləyim...”
››› "Azərİşıq": İşığımız Şuşada yandı! - Şəhərdən son videogörüntülər
››› Baş nazirdən Azərbaycanda sərt karantin rejimi ilə bağlı qərar
››› Paşinyanın oğlu da Moskvaya qaçdı - Video
››› Rusiya Müdafiə Nazirliyindən Qarabağda son vəziyyətlə bağlı məlumat
Son xəbərlər
Bütün xəbərlər »