Yanvarın 13-də saat 11 radələrində Göyçay rayon sakini, 1973-cü il təvəllüdlü Əmirov Teyyub Adil oğlunun hündürlükdən yıxılaraq xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bizimyol.info xəbər verir ki, Göyçay rayon Prokurorluğundan verilən məlumata görə, ilkin araşdırmalarla Göyçay şəhəri, Nizami küçəsində yerləşən qeyri-yaşayış obyektində fəhlə işləyən Teyyub Əmirovun iş zamanı hündürlükdən yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alması müəyyən edilib.
Faktla bağlı Göyçay rayon prokurorluğunda araşdırma aparılır.