Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
DİN əməliyyat keçirib: Üç nəfər silah-sursatla yaxalanıb
Polis əməliyyatı  -  bandotdel

Bakı və Sumqayıt sakinlərindən odlu silah-sursat götürülüb.

Bizimyol.info xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Bakı şəhər sakini İ.Hüseynovdan kustar üsulla hazırlanmış tapança, 2 ədəd patron və metamfetamin aşkar edilərək götürülüb.

Sabunçu Rayon Polis İdarəsi 13-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində isə Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Ələsgərovdan nömrəsi silinmiş “Makarov” markalı tapança, 1 ədəd patron darağı və 3 ədəd patron aşkar edilərək götürülüb.

Digər bir əməliyyat tədbiri isə Nəsimi Rayon Polis İdarəsi 21-ci Polis Bölməsi əməkdaşları tərəfindən keçirilib. Daxil olan məlumat əsasında keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Ş.Rzayevdən nömrəsi silinmiş “Makarov” markalı tapança, 1 ədəd patron darağı və 4 ədəd patron aşkar edilərək götürülüb.

Paylaş »
››› "Azərbaycan təzminat əvəzinə Zəngəzuru istəyir" - Ermənistanda həyəcan
››› Baydenin Hacınəzəryana yüksək vəzifə verməsi Azərbaycana qarşı nə vəd edir...
››› ABŞ Krıma müdaxilə planı hazırlayır: Rusiya narahatdır
››› "Ərdoğan Afrikanı seriallarla ələ keçirir" - Britaniya mətbuatı
››› Hökumətdən 190 manatlıq birdəfəlik ödəmə ilə bağlı açıqlama
››› Faktiki hava açıqlandı
››› Həkim pandemiyanın bitəcəyi tarixi açıqladı
Son xəbərlər
Bütün xəbərlər »