Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Baş redaktor Mehriban Əliyevaya müraciət edib: "Nurayım ölümlə üz-üzədir, kömək edin!
Mehriban Əliyeva

Xalqxəbər.az xəbər portalının Baş redaktoru Peyman Sadıqovun qız övladı Nuray Sadıqzadə xərçəng xəstəsidir, təcili əməliyyat olunmalıdır. Bununla bağlı jurnalist Azərbaycanın Birinci vitse prezidenti Mehriban Əliyevaya müraciət edib.

Bizimyol.info saytı həmin müraciətin mətnini təqdim edir:

"Hörmətli Mehriban xanım!

Siz hər zaman insanlara, yardıma ehtiyacı olanlara dayaq olursunuz. Bu da Sizin şəxsinizə, insani keyfiyyətlərinizə olan sevgini daha da artırır. Sizin xüsusilə uşaqlara qayğınız, sağlamlıq imkanları məhdud körpələrə diqqətiniz ölçüyəgəlməzdir.

Hörmətli Mehriban xanım!

Məni Sizə kömək üçün məktub ünvanlamağa da məhz bu yüksək insani keyfiyyətləriniz oldu.

Hörmətli Mehriban xanım!

Qızım Nuray Sadıqzadə xərçəng xəstəsidir. Altı aydır ki, Milli Onkologiya Mərkəzinin Uşaq Klinikasında müalicə alır. İndiyə kimi 7 kurs kimyateropiya, 17 dəfə radio şüa qəbul edib. Hazırda isə təcili əməliyyat olunmalıdır.

Nuray Sadıqzadə Nuray Sadıqzadə

Hörmətli Mehriban xanım!

Bir ata kimi sizdən xahiş edirəm, övladımın müalicəsi və əməliyyat olması üçün mənə kömək edəsiniz. Nuray bu gün ölümlə üz-üzədir. Övladımın əməliyyat olmasına görə, lazım olan İnternal Hemipelvektomiya üçün Tumor Rezeksion Endoprotezin Milli Onkologiya Mərkəzinə alınıb verilməsini Sizdən artıq dərəcədə xahiş edirəm. Onu xəstə yatağında, hərəkətsiz görmək isə bir valideyn olaraq mənim üçün dəhşətlidir.

Sizdən qızımın müalicəsinin davam etdirilməsi üçün göstəriş vermənizi artıq dərəcədə xahiş edirəm. Sizin köməksiz, çətin vəziyyətdə olan insanlara hər zaman kömək əlinizi uzatdığınızı bilirəm. Əminəm ki, Nuray balamın da sağlamlığına qovuşması üçün köməyinizi əsirgəməyəcəksiniz, qızımı köməksiz qoymayacaqsınız! Övladımı həyata qaytarmaqla bir ataya da dünyanın ən böyük xoşbəxtliyini bəxş edəcəksiniz.

Hörmətlə:

Peyman Sadıqov,

Xalqxeber.az xəbər portalının Baş redaktoru

Əlaqə üçün: 070-254-44-40, 055 -476-87-87"

Paylaş »
››› Rusiya Qarabağda Ermənistan ordusunu müharibəyə hazırlayır - Fotolar
››› Putinin mənzilində yaşayan şəxs: “Navalnı gəlmişdi” - Fotolar
››› “Ermənistan altı ölkə arasında qurulacaq əməkdaşlığa qoşula bilər”
››› 3 rayonda su kəsiləcək
››› “Bəsdir!” - Hikmət Hacıyevin “Atlantic Council”dəki nitqinə dair
››› Ramin Quluzadə nazir vəzifəsindən azad edilib
››› Tağı Əhmədov xəstəxanaya yerləşdirildi
Son xəbərlər
Bütün xəbərlər »