Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İlham Əliyevin son açıqlamaları Ermənistanı həyəcanlandırdı
İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 13-də ISESCO-nun Baş direktoru Səlim bin Məhəmməd Əl-Malikin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Ölkə başçısı Qarabağ problemindən də söz açıb. İlham Əliyev Azərbaycan torpaqlarında qanunsuz məskunlaşmanı hərbi cinayət adlandırıb.

Məsələ ondadır ki, bu açıqlama hazırda Qarabağda yaşayan və 1991-ci ildən sonra məskunlaşanların bölgədən qaçması ehtimalını artırır. SSRİ vaxtlarında Azərbaycan vətəndaşı olanlar və onların varislərindən başqa bütün şəxslərin orada məskunlaşması qanunsuz sayılır.

Bizimyol.info xəbər verir ki, Azərbaycan Prezidentinin dedikləri Ermənistanda narahatlıq yaradıb. İlham Əliyevin Qarabağda Azərbaycana vurulan maddi zərərdən və təzminat ödənilməsinin vacibliyindən danışması da məğlub ölkədə çox ciddi narahatlıqla qarşılanıb. Dövlət başçısının hərtərəfli - maddi, mədəni, ekoloji qiymətləndirilmədən söz açması Ermənistan saytlarında müzakirə olunur. “Ermənistan beynəlxalq məhkəmə qarşısında cavab verməlidir”, - Əliyevin bu sözləri narahatlığı bir az da artırıb.

“Torpaqlarımızı işğal altında saxlayan ölkə Azərbaycan mədəniyyətinin izini silmək istəyirdi. Azərbaycan xalqının irsini məhv etmək istəyirdi. Biz açıq-aydın başa düşürük ki, bu dağıntılar Birinci Qarabağ savaşından sonra edilib. Bu, əməliyyatlar zamanı olmayıb, çünki əməliyyatlar zamanı bu cür dağıntıları etmək mümkün deyil. Bu, Azərbaycan xalqına məxsus hər şeyi məhv etmək və gələcəkdə azərbaycanlıların geri qayıtmasına imkan verməmək üçün işğaldan sonra həyata keçirilib”, - Azərbaycan Prezidenti ISESCO-nun Baş direktoru ilə söhbətdə bu fikirləri də dilə gətirib.

Hələ noyabrda üçtərəfli razılaşmanın imzalamasından bir az sonra İlham Əliyev Ermənistanın Azərbaycan torpaqlarına vurduğu zərərdən, bunun məhkəmə predmeti ediləcəyindən danışmışdı. Onda konkret rəqəm də səslənmişdi. Ermənistanın 50 milyard dollar ödəməli olacağı bu ölkədə ciddi müzakirəyə çevrilmişdi. Küçə sorğuları insanların necə həyəcan keçirdiyini göstərirdi. Çünki 50 milyard dollar kasıb Ermənistan üçün əlçatmaz məbləğdir. İrəvanın bunun öhdəsindən gələcəyi heç inandırıcı görünmür.

Zəngəzurun Mehri şəhəri Zəngəzurun Mehri şəhəri

Həmin günlərdə 50 milyard dolların əvəzinə Zəngəzur torpaqlarının Azərbaycana qaytarılması variantı ortaya atılmışdı. Halbuki Zəngəzurun bir hissəsi hələ SSRİ dağılanda Azərbaycanın ərazisinə daxil idi. Amma Zəngilan və Qubadlını zəbt edəndən sonra Ermənistan hiyləgər siyasət yürütməyə başladı. Bu rayonların ərazisinin bir hissəsi Sünik vilayətinin (Zəngəzur - red.) nəzarətinə verildi. İndi sərhədlərin yenidən müəyyənləşdirilməsi məsələsi boşluğu aradan qaldırır.

Paylaş »
››› Ermənistan hərbi geyimlərinin üstündə "Made in Turkey" etiketi aşkarlanıb - Foto
››› İlham Əliyevin açıqlamasından sonra Ermənistan: "Uşaqlarımızı Qarabağdan qaytarın"
››› Bayram Səfərov: “Sosial şəbəkə istifadəçiləri kordur, mən neyləyim...”
››› "Azərİşıq": İşığımız Şuşada yandı! - Şəhərdən son videogörüntülər
››› Baş nazirdən Azərbaycanda sərt karantin rejimi ilə bağlı qərar
››› Paşinyanın oğlu da Moskvaya qaçdı - Video
››› Rusiya Müdafiə Nazirliyindən Qarabağda son vəziyyətlə bağlı məlumat
Son xəbərlər
Bütün xəbərlər »