Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Baydenin andiçməsi günündə Vaşinqtona 20 min milli qvardiyaçı göndəriləcək
ABŞ ordusu

ABŞ paytaxtının Kolumbiya dairəsinin hüquq-mühafizə orqanları yeni seçilmiş prezidenti Cozef Baydenin yanvarın 20-də keçiriləcək andiçmə mərasiminə çox ciddi yanaşır, şəhərdə 20 min Milli Qvardiya əsgərləri yerləşdiriləcək.

APA TASS-a istinadən xəbər verir ki, bunu paytaxt polisinin rəhbəri Robert Konti mətbuat konfransında açıqlayıb.

“Mənim nigarançılıqlarım var idi və hazırda da var. Göstərəcəyimiz reaksiya kontekstində buna çox ciddi yanaşırıq. Vətəndaşları andiçmə günündə Vaşinqtona gəlməməyə çağırırıq, təhlükəsizliyə qarşı böyük bir təhdid gözlənilir”, - Konti belə deyib.

O, hüquq-mühafizə orqanları əməkdaşlarının “bu təhlükəni minimuma endirmək üçün çalışdıqlarını” əlavə edib: “Milli Qvardiyaya gəldikdə isə, bu, milli təhlükəsizliklə bağlı xüsusi bir tədbirdir, yekun rəqəmlər ABŞ Məxfi Xidməti tərəfindən veriləcək. Biz təxminən 20 min milli qvardiyaçının burada olacağını düşünürük”.

Paylaş »
››› Türkiyədən dron alan Ukrayna dronları məhv edən silah hazırladı - Foto
››› "Öz təhlükəsizlik xidməti Putinə qarşı işləməyə başlayıb" - Rusiyada gərginlik
››› “ABŞ-ın Fransa ilə eyni mövqeyə gəlməsi, bizim üçün arzuolunmaz nəticələr verə bilər”
››› “Azərbaycanda Paşinyanı elə tərifləyirlər ki, elə bil, orada hörmətli insandır” - Qabrelyanov
››› Yunan deputat: “Türklərə döyüşmədən uduzacağıq”
››› Bir qrup tanınmış şəxs Eldar Həsənova zamin durdu
››› Azərbaycanda daha bir vəkil vəfat edib
Son xəbərlər
Bütün xəbərlər »