Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Qarabağı Azərbaycanın özü inkişaf etdirməlidir”
Ağdam şəhəri Ermənistanın işğalından sonra

“Şübhəsiz ki, Qarabağı Azərbaycanın özü inkişaf etdirməlidir. Rusiya hazırda yalnız sülhməramlı missiya çərçivəsində müharibənin nəticələrinin aradan qaldırılması ilə məşğuldur”.

Virtualaz.org bildirir ki, bunu “Vestnik Qafqaza” nəşrinə məşhur rusiyalı iqtisadçı, "İzborsk klubu"nun daimi üzvü Mixail Xazin deyib.

Xazinin fikrincə, "regiona qayğı, şübhəsiz, Azərbaycan hakimiyyətinin çiynindədir. Əmin olmaq olar ki, Rusiya Qarabağda yerli özünüidarəetmə ilə dəqiq məşğul olmayacaq".

"Rusiya orada yalnız iki funksiyanı yerinə yetirir: yenidən müharibə olmamasına nəzarət... və keçmiş cəbhə bölgəsini yaşayış bölgəsinə çevirmək (yəni hər şeydən əvvəl minalardan təmizlənmə və təhlükəsizliyin təmin edilməsi). Ərazilərin inkişafı - infrastrukturun inşası və digər humanitar aspektlər isə, əlbəttə, onların aid olduqları ölkələrin işidir", - deyə iqtisadçı bildirib.

Öz növbəsində, Rusiya Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun Post-sovet Araşdırmaları Mərkəzinin baş elmi işçisi Artyom Pılin deyir ki, “Rusiyanın marağı nəqliyyat komponentinin inkişafında, Rusiyanı Ermənistanla Azərbaycan üzərindən birləşdirəcək marşrutların tikintisindədir. İndi belə layihələr artıq işlənir, söhbət, xüsusən Rusiya ilə Ermənistanı birləşdirmək üçün Azərbaycan ərazisindən dəmir yolunun işə salınmasından gedir".

“Əmin olmaq olar ki, Azərbaycan hazırda Rusiya tərəfindən aldığı humanitar yardım da daxil olmaqla, Qarabağın inkişafı ilə məşğul olacaq. Belə yardımın davamlılığına gəlincə, bu, müharibənin nəticələrinin nə qədər tez aradan qaldırılmasından asılı olacaq: torpaqları minalardan təmizləmək, əsas infrastrukturu və yaşayış binalarını təmir etmək...", - deyə Pılin vurğulayıb.

Paylaş »
››› Ermənistan hərbi geyimlərinin üstündə "Made in Turkey" etiketi aşkarlanıb - Foto
››› İlham Əliyevin açıqlamasından sonra Ermənistan: "Uşaqlarımızı Qarabağdan qaytarın"
››› Bayram Səfərov: “Sosial şəbəkə istifadəçiləri kordur, mən neyləyim...”
››› Baş nazirdən Azərbaycanda sərt karantin rejimi ilə bağlı qərar
››› "Azərİşıq": İşığımız Şuşada yandı! - Şəhərdən son videogörüntülər
››› Paşinyanın oğlu da Moskvaya qaçdı - Video
››› Rusiya Müdafiə Nazirliyindən Qarabağda son vəziyyətlə bağlı məlumat
Son xəbərlər
Bütün xəbərlər »