Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Günün ulduz falı: 14 yanvar, 2021
Bürclər

Bizimyol.info qoroskop həvəskarlarına 14 yanvar, 2021-ci il tarixi üçün ulduz falını təqdim edir:

Qoç - Günün ilk yarısı yaxınlarınızla ünsiyyət üçün əlverişlidir, şəxsi münasibətlərdə atmosferi yaxşılığa doğru dəyişdirmək şansı verəcək. Sevdiklərinizin dəstəyinə və anlayışına, ortaya çıxan problemlərin həllində onların köməyinə bel bağlaya bilərsiniz. Bəzi maraqlı fikirlərin və cəsarətli planların ortaya çıxması mümkündür.

Axşam yaxınlaşdıqda mənfi tendensiyaların təsiri artacaq, emosional fon qeyri-sabit olacaq. Ətrafdakılarla aranızda mübahisələr baş verə bilər. Tanımadığınız insanlarla da səmimi olmağa çalışmalısan. Davranışın hətta ən yaxın adamlarda da şübhələr doğuracaq.

Qoç bürcü Qoç bürcü

Buğa - Xoş xəbərlər və parlaq duyğular gətirən uğurlu bir gündür. Köhnə problemləri həll edə biləcəksiniz. Əzizlərinizə çətinliklərin öhdəsindən gəlməkdə kömək edəcəksiniz.

Hobbinizi, maraqlarınızı və həyata baxışlarınızı bölüşənlərlə ünsiyyət qurmaq faydalı olacaq. Bu cür insanların dəstəyi ilə ən çətin vəzifələrin öhdəsindən gələcəksiniz.

Gözlənilməz təkliflər və dəvətlər, romantik görüşlər də istisna edilmir. Bir çox Buğalar üçün intuisiya güclü yoldaşa çevriləcək. Ürəyinizin hökmü ilə əvvəllər anlaşa bilmədiyiniz insanlarla münasibətdə uğurlu yanaşma tərzi tapacaqsınız. Küsülü olduğunuz insanlarla barışmaq və münasibət qurmaq şansınız olacaq. Təkəbbürlü olmayın və bu .şansdan yararlanın.

Əkizlər bürcü Əkizlər bürcü

Əkizlər - Gün bəzi çəyinliklər vəd edir, amma ümumilikdə uğurlu bir gün gözlənilir. Bütün ortaya çıxan problemlər tez bir zamanda həll edilə bilər - yalnız əzmkarlıq və özünüzə inam lazımdır. Hədəflərinizə çatmaq asan olmasa da, onlardan vaz keçməyin; yeni yollar axtarın, yeni metodları sınayın.

Ola bilər ki, bu gün həyatınızdakı hadisələrə yeni bir gözlə baxacaq və səhvlərinizi düzəldəcəksiniz. Qohumlarla səmimi söhbət etmək bir çox məsələlərə fərqli baxmanıza səbəb olacaq; bir çox şübhələr və narahatlıqlar keçmişdə qalacaq.

Son vaxtlar cəhdlərinin uğursuz olmasından məyus olan Əkizlər bu gün nikbin əhvala qayıdacaqlar və yeni düşüncə tərzi ilə yenidən uğura can atacaqlar.

Xərçəng - Gün qətiyyətli hərəkətlər və qərarlar üçün əlverişlidir. Nəyisə kökündən dəyişdirmək istəyirsinizsə, həmin gün gəlib çatıb - yaxşı bir fürsət qazanmısınız.

Planlarınızı və gözləntilərinizi ucadan elan etmək, özünüzə həmfikirlər tapmaq və nüfuzlu şəxslərin dəstəyini almaq şansınız olacaq. Diqqəti öz üzərinizə çəkməkdən çəkinməyin; bir çox insanlar sizin haqqınızda daha çox məlumat almaq istəyir, sizi daha yaxşı tanımağa çalışırlar.

Şəxsi həyatınızla əlaqəli hər məsələdə intuisiyanıza etibar edə bilərsiniz. Ürəyinizə damanlar həm xırda, həm də vacib məsələlərdə doğru çıxacaq. Axşam sevdiyiniz insanları xoş sürpriz və ya şad xəbərlə sevindirmək fürsətiniz olacaq.

Şir bürcü Şir bürcü

Şir - İnanılmaz ideyalar, parlaq fikirlər və ixtiralar günüdür. Yaradıcılıq potensialınız çox yüksəkdir, bilik və istedadlarınız üçün uğurlu tətbiq sahələri tapacaqsınız. Üzərinizə götürdüyünüz vəzifələr nə qədər qeyri-adi və çətin olsa da, uğur qazanma ehtimalınız da bir o qədər yüksək olacaq. Bir zamanlar vacib anlarda kömək etdiyiniz və ya çətin anda xoş sözlər söylədiyiniz insanlardan gözlənilməz dəstək ala bilərsiniz (məsələn, maliyyə formasında).

Ailədə daxilində xoş hadisələr, yaxınlarınızla münasibətlərdə yaxşılığa doğru dəyişikliklər ola bilər. Münaqişələr və küsülülüklər arxada qalacaq.

Qız bürcü Qız bürcü

Qız - Yeni ideyalar ortaya çıxacaq. Təsirli olduqları qədər də sadə olacaqlar. Təkliflərinizlə ətrafdakı insanları təəccübləndirəcəksiniz. Mühüm məsələləri təxirə salmayın. Vacib problemlərlə mübarizəyə nə qədər erkən başlasanız, bir o qədər yaxşı nəticələr əldə edə bilərsiniz.

Başqalarının cəsarət etmədiyi, qəti qərar verə bilmədiyi və ya məsuliyyətdən qaçdığı situasiyalarda təşəbbüsü öz əlinizə almağa dəyər. Həyatınızı kökündən dəyişdirməyə qadir olan gözlənilməz təkliflər almağınız mümkündür.

Bu gün pis vərdişlərdən imtina etmək də asan olacaq. Belə bir fikriniz varsa, qəti qərar verməyin vaxtıdır.

Tərəzi - Çox çalışmalı olacaqsınız, ancaq uğurlarınız da əhəmiyyətli miqyasda olacaq. Təkbaşına hərəkət etməlisiniz - məsuliyyəti öz üzərinizə götürün. Belə vaxtlarda qətiyyətli olmaq vacibdir. Nə qədər tərəddüd etsəniz, problemlərin, çətinliklərin və xoşagəlməz hadisələrin baş vermə ehtimalı da bir o qədər yüksəkdir.

Boş gözləntilərdən imtina etsəniz və başqalarına qarşı reallıqdan uzaq tələblər irəli sürməsəniz, şəxsi münasibətlər ahəngdar bir şəkildə inkişaf edəcək. Bu gün əvvəllər yola getmədiyiniz bir insanla ortaq bir dil tapmaq şansınız olacaq.

Əqrəb - Gün hadisələrlə zəngin olacaq və şübhəsiz ki, bundan zövq alacaqsınız. Enerjili, qətiyyətli və özünüzə arxayınsınız. Yeni problemlər çox da mürəkkəb olmayacaq; çox çətin suallara belə asanlıqla cavab tapacaqsınız. Qarşınızda yeni qapılar açılacaq. Yeni işgüzar tərəfdaşlar tapmaq şansınız olacaq. Uğurlu tanışlıqlar mümkündür.

Şəxsi münasibətlərdə yaxşılığa doğru əhəmiyyətli dəyişikliklər mümkündür; təşəbbüs göstərməkdən qorxmayın. İdman və açıq havada işləmək sizə enerji verəcək. Səyahət haqqında da eyni sözləri söyləmək olar: ətrafınızdakı atmosferi qısa müddət üçün dəyişdirmək çox faydalı olacaq.

Oxatan bürcü Oxatan bürcü

Oxatan - Müsbət tendensiyaların təsiri güclü şəkildə hiss olunacaq. Uzun müddətdir arzuladığınız hədəflərə çatmaq və yeni ideyaları həyata keçirmək üçün bundan istifadə etməyə çalışın.

Şanslı olacağınız bir gündür. Amma ən böyük uğur ədaləti bərpa edib səhvlərin düzəldildiyi yerdə əldə edilə bilər. İntuisiyanız sizə səhv etmədən düzgün qərarlar verməyin yolunu göstərəcək, hamının bəyənəcəyi çıxış yolları tapacaqsınız.

Ən yaxşı keyfiyyətləriniz göz qabağındadır. Yeni tərəfdaşlar, dostlar və pərəstişkarlar qazana bilərsiniz. Başgicəlləndirici romantik bir hekayənin başlanğıcını da gözləyin.

Oğlaq - Ehtiyatlı olmağa çalışacağınız bir gündür. Bütün qərarlar müstəqil olaraq verilməlidir; yad adamların səxavətlə verdikləri məsləhətlər bəzən uğursuz və hətta zərərli olur. Şübhəli tanışlıqlardan çəkinin, nüfuzu qüsursuz görünməyən insanlardan uzaq durmağa çalışın. Bu cür şəxslər sizi öz məqsədləri üçün istifadə etməyə çalışa bilərlər.

Köhnə dostlar sizi səhvlərdən çəkindirməyə çalışacaq. Uzun illərin təcrübəsi ilə sınaqdan çıxardığınız dostlarınızın məsləhətlərini dinləməyə dəyər. Acı sözlərdən inciməyin və aqressiv reaksiya verməyin.

Dolça bürcü Dolça bürcü

Dolça - Soyuqqanlı olun. Başqalarının təsirindən qorunmalı olduğunuz bir gündür. Sağlam düşüncəyə arxalanmalısınız. Vaxt itirmədən hərəkət edin və düzgün qərarlar verin. Bunu bacarırsınız. Özünüz imkan verməsəniz, xırda detallar sizi əsas hədəflərdən yayındıra bilməz.

Başqalarının tövsiyələri sizdə çaşqınlıq yaratmasın. İşgüzar və şəxsi münasibətlərdə təqdirəlayiq bir davranışı göstərirsiniz və bu gün də bu qaydada davam edin.

Öhdəliklərinizə ciddi yanaşın və söz verdinizsə, çətin olsa da, onu yerinə yetirin. Bu gün yol verəcəyiniz qeyri-ciddilik və məsuliyyətsizlik həyatınızda uzunmüddətli arzuolunmaz izlər buraxa bilər.

Balıq bürcü Balıq bürcü

Balıq - Gün işgüzar sahədə dəyişikliklər vəd edir. Bir çox cəhətdən proseslərin inkişafl sizdən asılıdır. İndi təşəbbüs göstərə, yeni bir ideya təklif edə bilərsiniz. Bəzən dəstək almaq üçün israrlı olmalısınız.

Çətin vəziyyətdə olanlara kömək etmək imkanınız olacaq. Tam olaraq fədakarcasına davranacaqsınız. Amma bu, o demək deyil ki, mükafatını görməyəcəksiniz. Çox vaxt başqalarına dəstək verməklə öz mövqelərinizi möhkəmləndirirsiniz və gələcək üçün "nüfuz kapitalı" toplayırsınız.

Paylaş »
››› “Baydenə zəng vur, Əliyevlə danışsın, imtina etməyəcək”
››› Şəhid məzarlarına münasibət Ermənistanı sevindirdi
››› Qaradağda basdırılan şəhidin xanımı: Biz təxribatçı deyilik, şəhidlərimizin su içində yatmasına razılaşmayacağıq
››› Azərbaycanın ərazisində erməni generalına heykəl qoyulub
››› “Göyçə gölünün əsas mənbələri Azərbaycanın nəzarətinə keçib” - Petrosyan
››› Yanacağın qiyməti artandan sonra qida və dərman məhsulları sürətlə bahalaşır
››› Ermənilər Qarabağda təxribatlara davam edirlər
Son xəbərlər
Bütün xəbərlər »