Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ hökuməti “Brent” markalı neftin qiymətinə dair proqnozunu yenilədi
Neft, qiymət

ABŞ Enerji Departamenti 2021-ci ildə “Brent” markalı neftin orta qiymətinə dair proqnozunu 48,53 dollardan 52,7 dollaradək artırıb.

“Report” xəbər verir ki, Enerji Məlumatları Administrasiyasının (EIA) hesabatında 2022-ci ildə həmin neftin qiyməti 53,44 dollar səviyyəsində gözlənilir.

Bununla yanaşı, ölkədə ötən ilin yekununda 11,3 milyon barel olan neft hasilatı 2021-ci ildə 11,1 milyon barelədək azalacağı, 2022-ci ildə isə 11,5 milyon barelədək artacağı güman olunur.

Dünyada neft istehlakının 2020-ci ildə illik 9 milyon barel azalsa da, 2021-ci ildə 5,6 milyon barel, 2022-ci ildə də 3,3 milyon barel artacağı irəli sürülür.

OPEC-ə üzv ölkələrdə neft hasilatı ötən ilki 25,6 milyon barelə qarşı 2021-ci ildə 27,2 milyon barel, 2022-ci ildə isə daha 1,1 milyon barel artacağı ehtimal olunur.

Qeyd edək ki, bu gün keçirilən hərraclarda Bakı vaxtı ilə saat 15:38-ə olan vəziyyətə görə “Brent” markalı neftin mart fyuçersləri 0,02 faiz bahalaşaraq 56,59 ABŞ dollarından, WTI markalı neftin fevral fyuçersləri də 0,17 faiz bahalaşaraq 53,29 dollardan satılıb. Səhər hərracında isə neft 1,3-1,4 faiz bahalaşmışdı.

Paylaş »
››› Şəhid məzarlarına münasibət Ermənistanı sevindirdi
››› Qaradağda basdırılan şəhidin xanımı: Biz təxribatçı deyilik, şəhidlərimizin su içində yatmasına razılaşmayacağıq
››› Azərbaycanın ərazisində erməni generalına heykəl qoyulub
››› Yanacağın qiyməti artandan sonra qida və dərman məhsulları sürətlə bahalaşır
››› Ermənilər Qarabağda təxribatlara davam edirlər
››› Türkiyənin Qarabağda Birgə Mərkəzdə işi nədən ibarət olacaq... - Açıqlama
››› Şuşaya təyin edilən xüsusi nümayəndə kimdir...
Son xəbərlər
Bütün xəbərlər »