Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ceyhun Bayramov: “Türkiyə və Pakistanın Azərbaycanın haqlı mübarizəsini dəstəkləməsindən qürur duyduq”
Ceyhun Bayramov

“Həm Türkiyə, həm də Pakistanın Azərbaycanın haqlı mübarizəsində yanında olması bizim üçün çox önəmli idi, biz bundan qürur duyduq”.

APA-nın verdiyi xəbərə görə, bunu İslamabadda keçirilən Pakistan, Türkiyə və Azərbaycan xarici işlər nazirlərinin Üçtərəfli Görüşündə Azərbaycan XİN başçısı Ceyhun Bayramov bildirib.

C.Bayramov qeyd edib ki, Türkiyə və Pakistanın Qarabağ uğrunda vətən müharibəsində önəmli dəstəyi olub: “Bu dost ölkələr Ermənistanın işğalını, hücumlarını və müharibə cinayətlərini qınadılar, suverenliyimizə və ərazi bütövlüyümüzə əsaslanan müzakirəni dəstəklədilər və dövlətlərin sərhədlərinin tanınması məsələsini, ədalətin təsis olunmasını beynəlxalq aləmdə kifayət qədər yüksək səslə bəyan etdilər. Biz bu prinsipial mövqeyi son dərəcə yüksək qiymətləndiririk”.

XİN başçısı onu da qeyd edib ki, Azərbaycan tarixi qələbəsini qeyd edərkən əllərdə qürurla Türkiyə bayraqları ilə yanaşı, Pakistan bayraqlarının da olması Azərbaycan xalqının hər iki ölkəyə təşəkkürü kimi dəyərləndirilməlidir.

“Bu üç ölkə tarixi, coğarfiyası, dini, mədəniyyəti, adət-ənənələri baxımından çox yaxındır. Azərbaycan, Pakistan və Türkiyə dövlətləri suverenlik təməlində ədalətə inanır” deyə bildirən C. Bayramov hər üç ölkənin terrorizmi qınadığını, ayrı-seçkilik və islam düşmənçiliyini rədd etdiyini vurğulayıb: “Dialoq yolu ilə razılaşmalar əldə olunması cəhdlərimiz davam edir. Davamlı olaraq keçirilən məsləhətləşmələrimiz ölkələrimizin tərəfdaşlıq hazırlıqlarını da təmin edir. Hər üç ölkənin əməkdaşlıq sahələrinin son dərəcə geniş olduğunu bilirik. Ölkələrimiz keçmiş ticarət əməkdaşlıqlarımızı daha da genişləndirir. Bu əməkdaşlığın genişlənməsinin regionda və dünyada sabitliyə, rifaha və davamlı inkişafa müsbət faydası olacağına inanıram”.

Paylaş »
››› “Baydenə zəng vur, Əliyevlə danışsın, imtina etməyəcək”
››› Şəhid məzarlarına münasibət Ermənistanı sevindirdi
››› Qaradağda basdırılan şəhidin xanımı: Biz təxribatçı deyilik, şəhidlərimizin su içində yatmasına razılaşmayacağıq
››› Azərbaycanın ərazisində erməni generalına heykəl qoyulub
››› “Göyçə gölünün əsas mənbələri Azərbaycanın nəzarətinə keçib” - Petrosyan
››› Yanacağın qiyməti artandan sonra qida və dərman məhsulları sürətlə bahalaşır
››› Ermənilər Qarabağda təxribatlara davam edirlər
Son xəbərlər
Bütün xəbərlər »