Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çavuşoğlu: “Pakistanın Azərbaycanın ərazi bütövlüyül ilə bağlı dəstəklərini təqdir edirik”
Mövlud Çavuşoğlu

“Qarabağda daimi sülhün bərqərar olacağına ümid edirik. Moskvada Azərbaycan, Rusiya və Ermənistan rəhbərliyinin görüşlərini yaxından izlədik”.

APA-nın xəbərinə görə, bunu İslamabadda keçirilən Pakistan, Türkiyə və Azərbaycan xarici işlər nazirlərinin İkinci Üçtərəfli Görüşündə Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu bildirib.

Onun sözlərinə görə, üçtərəfli görüşdə regional məsələlər, xüsusilə Qarabağ, Kəşmir, Əfqanıstan, Kipr və Şərqi Aralıq dənizi mövzusunda fikir mübadiləsi aparılıb: “Əziz həmkarım Ceyhun Bayramovun da bu görüşdəki iştirakından çox məmnunam. Pakistanın Azərbaycanın ərazi bütövlüyül ilə bağlı dəstəklərini də təqdir edirik. Azərbaycanın işğaldan azad etdiyi torpaqlarda rifah və sabitliyi təmin edəcəyinə əminik”.

Çavuşoğlu bildirib ki, üçtərəfli görüşdə dövlətlər arasında strateji tərəfdaşlıq, xüsusilə enerji və nəqliyyat sahəsində infrastrukturun genişləndirilməsi mövzusunda müzakirələr aparılıb.

Paylaş »
››› Rusiya Qarabağda Ermənistan ordusunu müharibəyə hazırlayır - Fotolar
››› Putinin mənzilində yaşayan şəxs: “Navalnı gəlmişdi” - Fotolar
››› “Ermənistan altı ölkə arasında qurulacaq əməkdaşlığa qoşula bilər”
››› Xırdalandakı partlayışda yaralananların şəxsiyyəti məlum oldu - Siyahı
››› 3 rayonda su kəsiləcək
››› Ramin Quluzadə nazir vəzifəsindən azad edilib
››› “Bəsdir!” - Hikmət Hacıyevin “Atlantic Council”dəki nitqinə dair
Son xəbərlər
Bütün xəbərlər »