Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Mübariz Mənsimov məhkəmədə son sözünü dedi
Mübariz Mənsimov

Türkiyədə həbs olunan məşhur azərbaycanlı iş adamı Mübariz Mənsimovun İstanbulda məhkəməsi keçirilir. “Palmali” şirkətlər qrupunun rəhbəri özü də, vəkili Ersan Şen də məhkəmədə çıxış edib, onun təqsirsizliyini isbatlayan dəlillər səsləndirib.

Bizimyol.info xəbər verir ki, Mübariz Mənsimov onu FETÖ (Fetullah Gülən terror örgütü) bağlamaq cəhdlərini terror şəbəkəsinin çörəyinə yağ sürtmək adlandırıb.

“Mən heç bir zaman FETÖ-çü olmadım, deyiləm, ola da bilmərəm! Həbsdən buraxılmağımı istəyirəm! Mən heç bir zaman dövlətin iradəsinə zidd addım atmamışam. Tam əksinə, bütün şirkətlərimi Türkiyəyə gətirmişəm. Mənim burada 10 ay qalmağım şirkətimi iflas həddinə çatdırıb. O gəmilərdə qalan gəmiçilərin nə günahı var? Onlar maaş ala bilmir, ailələri pis vəziyətdədir. Orada işləyən azərbaycanlılar və türklərdir. “Palmali”nin iflasa uğraması türk markasının yox olması deməkdir. Mənim şirkətim dünyada 5-ci sırada dayanırdı. Bu bir türk markası idi. Mən bir an öncə işimin başına keçməliyəm, cənab hakim! Mənə heç kim FETÖ damğası vura bilməz. Mənim onlara necə nifrət ediyimi hamı bilirdi. Mən onlara heç zaman xidmət etməmişəm, etmərəm də! Elə olsaydı, bu günə qədər o təşkilata hansısa, məktəb, xəstəxana hədiyyə edərdim. Amma mən bunların hamısını tikdirib dövlətə təslim etdirdim”.

Mübariz Mənsimov 2016-cı il iyulun 15-də Türkiyədə hərbi çevrilişə cəhd edildiyi vaxt hansı addımlar atmasından da danışıb: “15 iyulda mənim etdiyim və mənə gələn zənglərin siyahısı var. Haralarla, kimlərlə danışmışam, hər şey ortadadır. Mustafa Ərdoğana zəng edərək “əmrinizdəyən” dedim.

Mübariz Mənsimovun vəkili Ersan Şən isə cinayət işinin materiallarındakı, xüsusən şahid ifadələrindəki ziddiyyətlərdən danışıb. Vəkil bildirib ki, 27 nəfər şahid qismində dindirilib, onlardan 17-si “Palmali” rəhbərinin xeyrinə ifadə verib. Qalan 10 şahidin isə ifadələrində çox ciddi zidyyətlər var: “İfadələr arasında kəskin ziddiyyətlər var”.

Vəkil həmin ziddiyyətlərin nədən ibarət olduğunu da bir-bir məhkəmənin nəzərinə çatdırıb.

“Mübariz Mənsimova qarşı ittihamı təsdiqləyəcək bircə mötəbər sübut yoxdur”, - deyə vəkil bildirib.

Məhkəmə prosesi martın 5-nə qədər təxirə salınıb. Həmin gün qərarın elan olunması gözlənilir.

Paylaş »
››› “Baydenə zəng vur, Əliyevlə danışsın, imtina etməyəcək”
››› Şəhid məzarlarına münasibət Ermənistanı sevindirdi
››› Qaradağda basdırılan şəhidin xanımı: Biz təxribatçı deyilik, şəhidlərimizin su içində yatmasına razılaşmayacağıq
››› Azərbaycanın ərazisində erməni generalına heykəl qoyulub
››› “Göyçə gölünün əsas mənbələri Azərbaycanın nəzarətinə keçib” - Petrosyan
››› Yanacağın qiyməti artandan sonra qida və dərman məhsulları sürətlə bahalaşır
››› Ermənilər Qarabağda təxribatlara davam edirlər
Son xəbərlər
Bütün xəbərlər »