Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyada gömrüyü aldadıb 40 milyon dolları xaricə aparan Azərbaycan vətəndaşı
dollar

Rusiyada 53 yaşlı Azərbaycan vətəndaşı gömrük orqanlarını aldadaraq ölkədən 40 milyon dollar məbləğində pulu qaçaqmalçılıq yolu ilə çıxardığı üçün barəsində istintaq başladılıb.

Virtualaz.org Rusiya KİV-lərinə istinadən xəbər verir ki, həmin şəxs (kimliyi göstərilmir) Krasnodar və Rostov aerportlarından Türkiyəyə cəmi 40 milyon dollara yaxın vəsaiti (2.5 milyard rubl) qaçaqmalçılıq yolu ilə daşıyıb.

Cənub operativ gömrüyündən verilən məlumata görə, şəxs 30 dəfədən çox İstanbula uçub, bu zaman gömrük bəyannaməsində göstərib ki, iri məbləğlərdə pulu şəxsi istifadəsi üçün aparır. Lakin əməliyyat tədbirləri nəticəsində məlum olub ki, əslində Azərbaycan vətəndaşı Türkiyədən iri partiyada tekstil malları alıb və daha sonra onları Moskvada satıb. Növbəti səfərlərdən birində azərbaycanlı iri məbləğdə nəğd dollarla saxlanılıb.

Cənub operartiv gömrüyündən bildiriblər ki, onu ya iri məbləğdə cərimə, ya da 4 ilə qədər həbs gözləyir.

Paylaş »
››› Rusiya Qarabağda Ermənistan ordusunu müharibəyə hazırlayır - Fotolar
››› Putinin mənzilində yaşayan şəxs: “Navalnı gəlmişdi” - Fotolar
››› “Ermənistan altı ölkə arasında qurulacaq əməkdaşlığa qoşula bilər”
››› 3 rayonda su kəsiləcək
››› “Bəsdir!” - Hikmət Hacıyevin “Atlantic Council”dəki nitqinə dair
››› Ramin Quluzadə nazir vəzifəsindən azad edilib
››› Tağı Əhmədov xəstəxanaya yerləşdirildi
Son xəbərlər
Bütün xəbərlər »