Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"ABŞ-da seçki saxtakarlığından danışan vəkil cəzalanır, Azərbaycanda yox..."
Anar Bağırov

Nyu-York ştatının Vəkillər Assosiasiyası belə nəticəyə gəlib ki, yanvarın 6-da Vaşinqtonda etirazçıların Konqresin binasına hücumunda Donald Trampın vəkili Rudolf Culianinin də günahı var. İddia olunur ki, vəkil seçkinin nəticələrinin saxtalaşdırıldığı haqda açıqlamalarıyla Tramp tərəfdarlarını qızışdırıb.

Bizimyol.info xəbər verir ki, Nyu-York ştatının Vəkillər Assosiasiyası Rudolf Culianinin bu quruma üzvlüyünə xitam vermək üçün prosedura başlayıb. Bu haqda qurumun mətbuat xidməti məlumat yayıb.

Vəkillər Assosiasiyası bəyan edib ki, son aylarda Culiani haqda yüzlərlə şikayət daxil olub. Şikayətlər əsasən, vəkilin Tramp adından prezident seçkisinin nəticələrinin şübhə altına alınmasına yönəlik cəhdləri ilə bağlıdır. Vəkil bir neçə ştatda nəticələrin ləğvi tələbini də səsləndirmişdi.

“Əgər biz səhv ediriksə, axmaq vəziyyətində qalacağıq. Əks halda, Demokratların bir çoxu həbsxanaya gedəcək”, - vəkil belə demişdi.

Vəkillər Assosiasiyasının Nizamnaməsinə əsasən, bu qurumun üzvü ölkədə və ya ştatda hakimiyyətin devrilməsinə çağırış edə bilməz.

“Culianinin bəyanatları Tramp tərəfdarlarını ayağa qaldırmağa, seçkinin nəticələrindən narazı qalanların prosesə müdaxiləsinə hesablanmışdı. Onların Kapitoliyaya hücumu hakimiyyətin dinc yolla ötürülməsinə mane olmaq məqsədilə törədilən çevriliş cəhdi idi”, - Vəkillər Assosiasiyasından bildirilib.

Assosiasiyadan onu da qeyd ediblər ki, Culianiyə də fikir bildirmək, arqumentlərini ortaya qoymaq imkanı veriləcək.

Azərbaycan Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırov baş verənləri ifadə azadlığının pozuntusu, vəkillərə qarşı təzyiq hesab edir: “Sonra utanmadan gəlib bizə ifadə azadlığı barədə mühazirə oxuyurlar, ağıl öyrədirlər. Beynəlxalq təşkilatlar niyə susur, niyə etiraz etmirlər, bəyanat vermirlər? Gücləri yalnız kiçik dövlətlərə çatır?”

Azərbaycanda vəkillərin müxtəlif seçkilərdə iştirak etdiyini, nəticələrdən narazı qaldıqları halda, bu haqda açıq danışdıqlarını xatırladan A.Bağırovun sözlərinə görə, indiyədək buna görə heç biri cəzalandırılmayıb: “Azərbaycanda onlarla vəkil seçkilərdə iştirak edib, bəyanatlar veriblər Vəkillər Kollegiyası qətiyyən müdaxilə etməyib, qarışmayıb. Bunu yolverilməz sayırıq...”

BMT-nin “Vəkillərin rolu barədə əsas prinsipləri”nin 23-cü bəndinə əsasən, “vəkillərin digər vətəndaşlar kimi ifadə, dini etiqad, birləşmək və toplaşmaq azadlıqları var”.

Paylaş »
››› Rusiya Qarabağda Ermənistan ordusunu müharibəyə hazırlayır - Fotolar
››› Putinin mənzilində yaşayan şəxs: “Navalnı gəlmişdi” - Fotolar
››› “Ermənistan altı ölkə arasında qurulacaq əməkdaşlığa qoşula bilər”
››› 3 rayonda su kəsiləcək
››› “Bəsdir!” - Hikmət Hacıyevin “Atlantic Council”dəki nitqinə dair
››› Ramin Quluzadə nazir vəzifəsindən azad edilib
››› Tağı Əhmədov xəstəxanaya yerləşdirildi
Son xəbərlər
Bütün xəbərlər »