Vətən müharibəsi bitdikdən sonra illərlə işğal altında olan torpaqlarımızın mənfur ermənilər tərəfindən nə hala gətirildiyinin şahidi olduq. Göz yaşları ilə izlədiyimiz həmin görüntülər sanki hansısa xarabalığı xatırladırdı. Torpaqlarından məcburi köçkün düşmüş vətəndaşlarımız bir ümid ilə öz evini, həyətini, bağını axtarırdı həmin kadrlarda, lakin düşmən qoymamışdı daşı-daş üstə qalsın.
Sosial şəbəkələrdə əsgərlərimizin yaydığı videolardan birində hamının marağına səbəb olan görüntülər əks olunub. Belə ki, hərbçilərimiz Zəngilan rayonunda torpağın altına basdırılmış məişət əşyaları tapıblar.
Bu əşyalar 28 il öncə öz ev-eşiklərindən köçməyə məcbur qalan rayon sakinlərinin əşyalarıdır. Onlar öz evlərinə bir gün geri qayıdacaqları ümidi ilə əşyalarını basdıraraq rayondan çıxıblar.
Hərbçilərimizin lentə aldığı kadrlardanda görünür ki, 28 il keçməsinə baxmayaraq həmin əşyalar da öz sahiblərinin gələcəyi günü gözləyib.
Leyla Mirzə