Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ-da konqres sədrinin noutbukunu oğurlayan şəxs evində ölü tapıldı
ABŞ Konqresi

ABŞ Prezidenti Donald Trampın tərəfdarlarının Konqres binasına basqını zamanı Konqresin sədri Nensi Pelosinin noutbukunu oğurlayan şəxs evində ölü tapılıb.

Bu barədə “The Sun” nəşri məlumat yayıb.

53 yaşlı Kristofer Stenton Corciyanın cəsədi həyat yoldaşı tərəfindən Alfareta şəhərindəki evlərinin zirzəmisində tapılıb. O, dərhal polisi çağıraraq çoxlu qan gördüyünü bildirib.

Kişinin ölüm səbəbi hələ müəyyənləşdirilməyib, polis hadisəni araşdırır. Onun evində iki avtomatik tüfəng tapıldığı qeyd olunub. Qonşuları mərhumu mərhəmətli və nəzakətli bir insan kimi xarakterizə ediblər.

Xatırladaq ki, demokrat Co Baydenin Prezident seçilməsi ilə nəticələnən 3 noyabr seçkilərini tanımayan Tramp tərəfdarları seçki nəticələrinin təsdiqlənməsi ilə bağlı keçirilən iclas zamanı Konqres binasına basqın etmişdilər. Nəticədə qarşıdurma olmuş, 4 nəfər həlak olmuş, 50-dən çox polis əməkdaşı daxil olmaqla xeyli sayda insan yaralanmışdı.(virtualaz.org)

Paylaş »
››› David Tonoyandan sensasiyalı müharibə etirafları - əmrlər Sergey Şoyqudan gəlirmiş
››› Şirvan xəstəxanasında özbaşınalıq: Tibbi heyət Baş həkimdən narazılıq edir - Video
››› "Deyirlər ki, Qarabağ bizim nəyimizə lazımdır..."
››› Özünü 18-ci mərtəbədən atan qızla bağlı məlumat - Video
››› Yüzlərlə Bakı sakini Naxçıvanda ilişib qalıb
››› Putin axır ki, "saray videosu"ndan danışdı və özünü daha da çətinə saldı - Video
››› Cavad Zərifin Bakı səfərinin arxasında nə dayanır...
Son xəbərlər
Bütün xəbərlər »