Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyalı sülhməramlıların sayının artırılmasına ehtiyac yoxdur - Deputat
Rus sülməramlıları - mina axtaranlar

“Moskvada üç tərəfli görüş baş tutdu və Azərbaycanın maraqlarına uyğun 4 bənddən ibarət bəyannamə imzalandı. Baxmayaraq ki, görüşdən əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan hərbi əsirlər məsələsi həll olunmayana qədər heç bir sənədi imzalamayacaqdır. Yekunda imzaladı və ermənilərin həm status, həm də əsirlər məsələsinin həll olunmadığını acizanə şəkildə bildirdi”.

Bunu Bizimyol.info-ya Milli Məclisin deputatı Nəsib Məhəməliyev bildirib.

Nəsib Məhəməliyev Nəsib Məhəməliyev

Deputat qeyd edib ki, Qarabağ ərazisinin silahlı erməni terrorçularından tamamilə təmizlənməsi məsələsinə gəldikdə isə, bu zamanla həllini tapacaqdır. Rusiyalı sülhməramlıların sayının artırılmasına ehtiyac yoxdur.

“Uzun illərin düşmənçiliyindən və qanlı müharibədən sonra çoxsaylı mürəkkəb problemləri bir-iki görüşlə həll etmək təbii ki, mümkün deyil. Bunun üçün çoxsaylı görüşlər keçirilməlidir. Əldə olunan razılığa uyğun olaraq, Azərbaycan, Rusiya, Ermənistan baş nazirlərinin müavinlərinin rəhbərliyi ilə birgə komissiya, işçi qrupları və alt qruplar yaradılır. Prosesin nizamlanması üçün bütün istiqamətlər üzrə təkliflər hazırlanacaq və dövlət rəhbərlərinə təqdim olunacaqdır.

Paşinyan Minsk qrupu kontekstində danışıqlar prosesinin davam etdirilməsi təklifini səsləndirdi. Ancaq nəzərə alınmalıdır ki, Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar yaranmışdı və 30 il ərzində mənasız, boş danışıqlardan, çox saylı turistik səfərlərdən başqa heç bir nailiyyət əldə etməmişdir. Azərbaycan cəmi 44 gün ərzində öz gücünə torpaqlarını işğaldan azad etdi. Prezident İlham Əliyev haqlı olaraq çıxışında qeyd etdi ki, Qarabağ problemi yoxdur. Əgər problem yoxdursa, fəaliyyətsiz bir qurumun danışıqlar prosesinə cəlb etməyin nə ehtiyacı var. Əksinə onların prosesə qoşulması, bir mənalı şəkildə nizamlama məsələrinin ləngidilməsinə səbəb olacaqdır”,-deyə N.Məhəməliyev bildirib.

Deputatın sözlərinə görə, Paşinyan erməni diasporası, bəzi qərb ölkələri, lobbi təşkilatları tərəfindən ciddi təzyiqlər altındadır: “Eyni zamanda Ermənistanın daxilində ictimai siyasi sabitlik tamamilə pozulmuş, xalqın inandığı siyasi təşkilat yox dərəcəsindədir. Son 30 il ərzində qonşularına qarşı aparılmış düşmənçilik siyasəti bumeranq effekti vermişdir. Xəstə erməni ideologiyası isə öz bəhrəsini verməkdədir.

Azərbaycan Prezidenti İlham Əliyev görüşün əvvəlindən axırına qədər qalib dövlət Başçısı, qalib Sərkərdə kimi dövlətin maraqlarını özünə inamla, ən yüksək səviyyədə, sistemli şəkildə müdafiə etdi. Yekun çıxışında “münaqişənin bitdiyini” elan etməklə, status məsələsinə nöqtə qoydu. Zaman Azərbaycanın xeyirinə işləyir”.

Ramid İbrahimov

Paylaş »
››› David Tonoyandan sensasiyalı müharibə etirafları - əmrlər Sergey Şoyqudan gəlirmiş
››› Putin axır ki, "saray videosu"ndan danışdı və özünü daha da çətinə saldı - Video
››› Yüzlərlə Bakı sakini Naxçıvanda ilişib qalıb
››› “Ərdoğan Parisdən 3 saatlıq məsafədə Osmanlı İmperiyası qurur”
››› Cavad Zərifin Bakı səfərinin arxasında nə dayanır...
››› Rövnəq Abdullayev vəzifəsini icra edir
››› Avropada erməni olmaq: Erməni kimliyi və diasporasının ikinci sığınacaq “vətəni”: “Fransa erməniləri”, yoxsa “erməni əsilli fransızlar”
Son xəbərlər
Bütün xəbərlər »