Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Alman KİV-ləri Moskvada keçirilmiş üçtərəfli görüşü geniş şəkildə işıqlandırıb
İlham Əliyev, Vladimir Putin, Nikol Paşinyan

Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında yanvarın 11-də Moskvada keçirilən üçtərəfli görüş Almaniya KİV-lərində geniş şəkildə işıqlandırılıb.

Bizimyol.info xəbər verir ki, ölkə mətbuatında dərc olunan məqalələrdə ilkin olaraq sözügedən görüşün keçiriləcəyi barədə anons xarakterli məlumatlar verilib.

Sözügedən məqalələrdə bildirilib ki, Qarabağda müharibənin bitməsindən iki ay sonra Kreml rəhbəri Vladimir Putin münaqişə bölgəsindəki vəziyyəti müzakirə etmək məqsədilə Rusiyanın paytaxtı Moskvada Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanın iştirakı ilə görüş keçirməyi planlaşdırır. Görüşün mövzusu sülh sazişinin icrası ilə bağlı məsələlərdir.

Üçtərəfli görüşün baş tutmasından sonra Almaniya KİV-lərində görüşlə bağlı video-reportajlar, habelə məlumat xarakterli məqalələr yerləşdirilib.

Video-reportajlar və məqalələrdə qeyd olunur ki, Rusiya dövlət başçısının vasitəsilə ərsəyə gələn Moskva görüşündə Azərbaycan və Ermənistan Qarabağın yenidən bərpa edilməsi ilə bağlı yeni addımlar atılması barədə razılığa gəliblər. Razılığa görə Azərbaycan və Ermənistanın baş nazirləri müavinlərinin və Rusiya Federasiyası Hökumətinin sədr müavininin birgə həmsədrliyi ilə üçtərəfli işçi qrupunun yaradılması nəzərdə tutulub. 4 saat davam edən görüşdə Rusiya Prezidenti Vladimir Putin əldə olunan razılaşmalara riayət olunmasından məmnunluğunu ifadə edib və vurğulayıb ki, uzun illər davam edən münaqişənin ədalət əsasında, uzunmüddətli və hərtərəfli həlli üçün zəruri şərtlər yaranıb. Məqalələrdə eləcə də, 44 günlük müharibə və onun Azərbaycanın zəfəri ilə başa çatması barədə məlumat verilir.

Paylaş »
››› Türkiyədən dron alan Ukrayna dronları məhv edən silah hazırladı - Foto
››› "Öz təhlükəsizlik xidməti Putinə qarşı işləməyə başlayıb" - Rusiyada gərginlik
››› “ABŞ-ın Fransa ilə eyni mövqeyə gəlməsi, bizim üçün arzuolunmaz nəticələr verə bilər”
››› Yunan deputat: “Türklərə döyüşmədən uduzacağıq”
››› “Azərbaycanda Paşinyanı elə tərifləyirlər ki, elə bil, orada hörmətli insandır” - Qabrelyanov
››› Bir qrup tanınmış şəxs Eldar Həsənova zamin durdu
››› Azərbaycanda daha bir vəkil vəfat edib
Son xəbərlər
Bütün xəbərlər »