Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Günün ulduz falı: 13 yanvar, 2021
Bürclər

Bizimyol.info qoroskop həvəskarlarına 13 yanvar, 2021-ci il tarixi üçün ulduz falını təqdim edir:

Qoç - Ətrafınızdakı insanlara qarşı diqqətli olun. Bəzi acı reallıqları anlayacaqsınız: Etibar etdiyiniz insan etimadınıza layiq deyilmiş, amma yaxşı bir şey gözləmədiyiniz adam etibarlı birisi imiş.

Bəlkə də bu gün ailə və sevgi münasibətləri ilə bağlı bəzi vacib qərarlar verəcəksiniz. Hansı səhvləri etdiyinizi görəcəksiniz və onları düzəldə biləcəksiniz.

Günün bütün hadisələri xoş olmasa da, əksəriyyəti sizə maraqlı ideyalar verə bilər. Bir çox Qoçlar bu gün vacib təcrübə qazanacaqlar.

Buğa bürcü Buğa bürcü

Buğa - Vaxtınızı boş yerə sərf etmirsiniz, buna görə başqaları ilə müqayisədə daha çox şey əldə edirsiniz.

Bu gün də yeni bir şey öyrənmək, dəyərli təcrübə qazanmaq, çox şey bilən və təcrübəsini paylaşmağa hazır olan insanlarla ünsiyyət qurmaq imkanınız olacaq. Faydalı tanışlıqlar baş tuta bilər.

Amma nə edirsiniz edin, arzuladığınız nəticələri dərhal əldə etmək mümkün deyil, səbrli olun. Günün ikinci yarısında çoxdan başladığınız işi uğurla başa vurmaq şansınız olacaq. Sevdiyiniz birinə kömək etmək və ya ailə problemini həll etmək üçün fürsət qazanacaqsınız.

Əkizlər - Gün özünüz və ətrafınızdakılar üçün çox faydalı işlər görməyinizə imkan verəcək. Qohumlara və dostlara kömək edəcək, çıxılmaz vəziyyətdə qalan bir insana yaxşı məsləhət verəcəksiniz. Sizin layiqli əməlləriniz diqqətdən kənarda qalmayacaq. Yaxşılıq əvəzində bir mükafat gözləmirsiniz, amma mütləq əvəzini alacaqsınız.

Gün bəzi maraqlı işlərlə məşğul olmaq və ya tamamilə yeni bir işi sınamaq üçün yaxşıdır. Təşəbbüs göstərdiyiniz üçün peşman olmayacaqsınız. Bəzi Əkizlər üçün uzaqdan yaxşı bir xəbər gözlənilir.

Xərçəng bürcü Xərçəng bürcü

Xərçəng - Məhsuldar bir gündür. Bir çox problemlərə düzgün yanaşma tapmağı və onları həll etməyi bacaracaqsınız, bununla da özünüzü və yaxınlarınızı narahatlıq və qayğılardan qurtaracaqsınız.

Az tanıdığınız insanlar da sizə kömək edəcəklər. Hər məsələdə dostlara və tanışlara etibar edə biləcəyiniz bir gündür. Bəzi Xərçənglər uzun müddətdir davam edən işgüzar əlaqələrini genişləndirəcəklər. İşgüzar münasibətlər indi daha faydalı olacaq.

Elmi işlə məşğul olanlar üçün də uğurlu gündür. Tezliklə lazımlı bilik və bacarıqları qazanmaq şansınız olacaq. Yaxşı ideyalar alacaqsınız.

Səfərlər də istisna edilmir. Bəzi səfərlər tamamilə gözlənilməz ola bilər. Təəssüratlarla dolu səfərlər olacaq.

Şir bürcü Şir bürcü

Şir - İnadkarlıq və fədakarlığınız bir çox problemlərin öhdəsindən gəlməyinizə kömək edəcək. Başqalarının təslim olduğu və yıxıldığı vəziyyətlərdə hərəkət etməyə və uğur qazanmağa davam edəcəksiniz. Eyni anda bir neçə istiqamətdə uğur qazana bilərsiniz - öhdəsindən gələcəksiniz və səhv etməyəcəksiniz. Kəskin işgüzar intuisiyanız sizə sərfəli sövdələşmələr bağlamaq, pullarınızı düzgün idarə etmək sahəsində kömək edəcək.

Şəxsi münasibətlər baxımından isə asan bir gün deyil. Bəzən yaxınlarınız sizi səhv başa düşəcək, birmənalı olmayan vəziyyətlər yaranacaq. Sakit olun - bütün problemlər tezliklə həll olunacaq.

Qız - İşinizdə olun, tələsməyin. Bu gün uğur onu gözləyə bilənlərin payına düşəcək. Başqalarından daha tez deyil, uyğun və vacib olduğu zaman hərəkətə keçin. Tələskənlik qarışıqlığa, çoxsaylı kiçik anlaşılmazlıqlara və daha ciddi problemlərə səbəb ola bilər.

Başqaları ilə münasibətlər ahəngdar bir şəkildə inkişaf edəcək, köhnə narazılıqlar və fikir ayrılıqları unudulmağa başlayacaq. Ümidsiz olanları belə sevindirməyin bir yolunu tapacaqsınız. Görməyə çox sevinəcəyiniz köhnə tanışlarla xoş görüşlər istisna deyil.

Tərəzi bürcü Tərəzi bürcü

Tərəzi - İşlərinizə diqqətlə yanaşın. Səhər olduqca çətin ola bilər. Bürcün bəzi nümayəndələri üçün yeni narahatlıqlar və çətinliklər gözlənilir. Vacib işlərlə məşğul olmaq üçün vaxt ayırın.

Amma müsbət tendensiyaların təsiri tezliklə güclənəcək və yaxşılığa doğru dəyişikliklər başlayacaq. Sosial dairəniz sürətlə genişlənəcək və bu, faydalı olacaq. Çox şey öyrənə biləcəyiniz insanlarla görüşəcəksiniz. Gün yeni tanışlıqlar üçün əlverişlidir. Belə tanışlıqlardan biri romantik münasibətlərə də çevrilə bilər.

Şəxsi münasibətlərə gəldincə, təcrübənizə etibar edə bilərsiniz. Məsləhətə ehtiyacınız yoxdur.

Əqrəb - Sizi maraqlı bir gün gözləyir. Bu, ulduzların hər işdə sizi dəstəkləməsi demək deyil - bəzən yolda maneələr ortaya çıxacaq. Ancaq təslim olmayacaqsınız və uğur qazanacaqsınız.

Bundan əlavə, hər hansı bir xahişlə müraciət edə biləcəyiniz insanlarla rastlaşacaqsınız. Onlar sizi dinləyib istəklərinizi qarşılamağa çalışacaqlar.

Yeni romantik hekayələrin başlanğıcı ola bilər. Həmkarınız və ya işgüzar ortağınızla səfərə çıxmağınız mümkündür.

Xarizmanız güclüdür: Ən çətin adamlarda da özünüzə qarşı rəğbət oyada biləcəksiniz. Amma unutmayın: İndi tələsmək vaxtı deyil, əksinə, proseslərin öz axını ilə inkişaf etməsinə imkan verin.

Oxatan bürcü Oxatan bürcü

Oxatan - Yaxşılıqlar edə biləcəyiniz bir gündür. Yaxınlarınıza qayğı göstərin. Çox güman ki, son vaxtlar darıxdığınız insanlarla görüşəcəksiniz.

Bu gün mübahisələrdən sonra barışmaq, münasibətləri yaxşılaşdırmaq asan olacaq. Əvvəllər tez-tez fikir ayrılıqlarına səbəb olan məsələlər də indi sakit və mehriban atmosferdə müzakirə oluna bilər.

Bəzi köhnə planlara qayıda və nəhayət, onları həyata keçirə bilərsiniz. Bu gün uğur qazanmağınıza mane olacaq heç nə yoxdur. Çətin vəziyyətlərdən çıxış yolları tapacaqsınız.

Oğlaq bürcü Oğlaq bürcü

Oğlaq - Əhəmiyyətli gündür. Ən kiçik səhvlərə belə yol verməyin. Bu gün edəcəyiniz səhvlərin və ya düzgün qərarların nəticələri uzun müddət davam edəcək.

Verəcəyiniz doğru qərarlat sizi uzun müddət müşayiət edəcək. Tərəfdaşları və köməkçiləri diqqətlə seçin. Bu işdə intuisiyanız sizə kömək edəcək.

Yaxınlarınızdan, ailə üzvlərinizdən narahatlıq doğuran xəbərlər ala bilərsiniz. Təşvişə düşməyin - tezliklə ümidverici xəbərlər gələcək.

Maliyyə məsələlərində ehtiyatlı olmağımız lazımdır. Bu gün riskli alqı-satqı həvəsindəsiniz, həmişəkindən daha çox israfçılıq edə biləsiniz. Pulu boş yerə xərcləmək təhlükəsi var.

Dolça - Özünüz və ətrafınızdakılar üçün yaxşı bir gündür. Başqalarına da yaxşılıq edəcəyiniz gün var qarşıda. Təəccüblü deyil ki, hər cür insan sizə yaxınlaşa bilər. İntuisiyanıza etibar edin - kiminlə necə davranmağı, kimin rəğbət və etimada layiq olduğunu və ya olmadığını sizə deyəcək.

Yeni bir mənbədən pul almaq və ya böyük qazanc gətirəcək sövdələşmələr bağlamaq mümkündür. Müxtəlif insanlarla ünsiyyət tələb edən Dolçaları uğurlar gözləyir. Bürcün bir çox nümayəndələri bu gün özlərini diplomat kimi təsdiqləyəcəklər, əvvəllər bir araya gəlməyənləri barışdıracaqlar.

Balıq bürcü Balıq bürcü

Balıq - Asan və xoş bir gün olacaq. İstirahət etməyə, əylənməyə, yaxınlarınızla söhbət etməyə imkan verəcək. Başqaları ilə yaxşı münasibət quracaqsınız, çox vaxt sizi mükəmməl başa düşəcəklər.

Yeni işlərə başlaya bilərsiniz; həmfikir insanların dəstəyi ilə tez bir zamanda uğur qazanacaqsınız. Artıq işgüzar münasibətlər kimi başlayan əlaqələr zaman keçdikcə səmimi bir xarakter ala bilər. Günün ilk yarısı uğurlu danışıqlar vəd edir.

Günün ikinci yarısı isə romantik sürprizlər də daxil olmaqla xoş anlar vəd edir. Bəzi gündəlik problemləri həll etmək, ev üçün faydalı şeylər almaq fürsətiniz olacaq. Nağd pul daxilolmaları mümkündür.

Paylaş »
››› Rusiyada "Navalnı inqilabı" başlayıb: Etirazlar böyüyür - Fotolar
››› "Paşinyanın planı Ermənistanı vilayət olaraq Türkiyəyə verməkdir"
››› Nazirin açıqlamasından çıxan nəticə: Azərbaycanda təhsil düzələn deyil
››› “Köçəryan Xankəndidə qaçıb masanın altında gizləndi...” - Erməni deputata qarşı ittiham
››› Minasyan: “Ölkə xalqın vecinə də deyil, uçuruma yuvarlanırıq”
››› Yanvarın 24-nə olan hava proqnozu
››› Nazir Milli Qəhrəmanın bacısı oğlunu sərəncama göndərib
Son xəbərlər
Bütün xəbərlər »