Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Əliyev nə deyirsə, Paşinyan sakitcə onu da edir” - Abovyan
İlham Əliyev, Nikol Paşinyan

Moskvada baş tutan üçtərəfli görüş müxtəlif təəssüratlar yaradıb. Rusiya mətbuatı Azərbaycan prezidenti İlham Əliyevin qalib ovqatından yazıb. Ermənistan mətbuatı isə baş nazir Nikol Paşinyanın görüşdən əliboş qayıtması fikrindədir.

Bizimyol.info xəbər verir ki, “Çiçəklənən Ermənistan” partiyasının katibi, deputat Arman Abovyan yerli mətbuata açıqlamasında üçtərəfli görüş barədə danışıb. Müxalifətçi Paşinyanın görüşdən uğursuzluqla ayrıldığını bildirib.

“Bir daha sübut olundu ki, Rusiya bizim yeganə tərəfdaşımızdır. Amma bu dəfə Rusiya vasitəçidir. Əsas danışıqlar Paşinyanla Əliyev arasında gedir”.

Arman Abovyan Arman Abovyan

Onun sözlərinə görə, ortada olan sənəd daha çox iqtisadi sammiti xatırladır, çünki burada əsirlər barədə heç nə deyilmir: “Belə təəssürat yaranır ki, Paşinyan situasiyanı idarə edə bilmir, Əliyev nə deyirsə, sakitcə onu da edir. Başqa izah yoxdur”.

Abovyan Ermənistan üçün ağrılı problemin həll olunmaması halında görüşün uğurundan danışa bilməyəcəyini deyib. “Çiçəklənən Ermənistan” partiyasının katibini qondarma rejimin statusundan söz açılmaması da narazı salıb. Abovyan bunu yolverilməz sayır. Müxalifətçi “Artsaxın ərazi bütövlüyünün bərpası” ifadəsini işlədib. Abovyan hesab edir ki, görüş "uduzulan" torpaqların geri qaytarılmasına heç bir ümid verməyib.

Edmon Manukyan Edmon Manukyan

“İşıqlı Ermənistan” partiyasından Edmon Manukyan da nikbin olmadığını söyləyib. Onun fikrincə, görüş Azərbaycanın diktəsi ilə keçib.

“Görüş başa çatan kimi hakimiyyətə yaxın telekanallar sevinərək elan etdilər ki, Ermənistanın İranla və Rusiya ilə dəmiryolu əlaqəsi yaranır. Ermənistan xalqı isə daha çox əsirlərlə bağlı məsələnin müsbət həllini gözləyirdi. Amma bu, baş vermədi”.

İlham Əliyev, Vladimir Putin, Nikol Paşinyan İlham Əliyev, Vladimir Putin, Nikol Paşinyan

Yanvarın 11-də Moskva Rusiya, Azərbaycan və Ermənistan hökumət rəhbərlərinin iştirakı ilə üçtərəfli görüş keçirilib. Görüşdə ümumi razılaşma əldə olunub. Razılaşmaya görə, quru və dəmiryolu əlaqəsinin bərpası həyata keçirilməlidir. Ümumiyyətlə, həm Rusiya, həm də Ermənistan mətbuatında Azərbaycanın diplomatik uğuru qabardılır. Hesab olunur ki, Paşinyan Moskvada daha çox itmiş nüfuzunun bərpasının qayğısına qalıb. Amma baş nazirin uğursuzluğu göz qabağındadır.

Paylaş »
››› Rusiya Qarabağda Ermənistan ordusunu müharibəyə hazırlayır - Fotolar
››› Putinin mənzilində yaşayan şəxs: “Navalnı gəlmişdi” - Fotolar
››› “Ermənistan altı ölkə arasında qurulacaq əməkdaşlığa qoşula bilər”
››› 3 rayonda su kəsiləcək
››› “Bəsdir!” - Hikmət Hacıyevin “Atlantic Council”dəki nitqinə dair
››› Ramin Quluzadə nazir vəzifəsindən azad edilib
››› Tağı Əhmədov xəstəxanaya yerləşdirildi
Son xəbərlər
Bütün xəbərlər »