Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanın döyüş meydanında qazandığı qələbə diplomatik müstəvidə davam etdirilir
İlham Əliyev

Yanvarın 11-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçirildi. Ermənistan hakimiyyətinin məğlubiyyəti qəbul edərək kapitulyasiya aktınıimzaladığı vaxtdan sonra, Azərbaycan Ordusunun qazandığı qələbəni digər ermənipərəst qüvvələrin qəbul etməsi üçün bu görüş mühüm əhəmiyyət daşıyırdı. Eyni zamanda, 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın gücləndirilməsi ilə bağlı bütün detalların müzakirə edilməsi məqsədi

daşıyırdı.

Ermənistanın baş naziri Nikol Paşinyanın həmin görüşdə iştirak etməsininqarşısını almaq məqsədilə erməni xalqı küçələrə axışmış, hətta, İrəvanda aeroporta gedən yolu da bağlamışdılar. Erməni xalqı düşünürdü ki, bu görüşdə

iştirak etmək Ermənistanın öz dizçökməsini tam qəbul etməsi, siyasi məğlubiyyətinin təsdiq nöqtəsi idi.

Son ana qədər Ermənistan müxalifəti və Rusiyadakı çoxsaylı erməni lobbisihər vəchlə görüşün pozulmasına çalışdı, Paşinyanı görüşdə iştirak etməməyə, məğlubiyyəti bir daha etiraf etməməyə çağırdı. Amma bütün bunlara

baxmayaraq Paşinyan həmin görüşdə iştirak etdi... Aydın şəkildə hiss olunurdu ki, erməni baş nazir cəmiyyətdə itmiş

nüfuzunu bərpa etmək üçün Moskva danışıqlarına ümid edir. Amma, o, bu dəfə də uduzdu. Görüşdə müzakirə olunan qərarları qeyd-şərtsiz qəbul etdi. Paşinyan müzakirələrin Minsk Qrupu formatında aparılmasına maraqlı olmasına, bu məqsədlə də öz havadarlarına mütəmadi nikbin məlumatlar ötürməsinə baxmayaraq görüş Azərbaycanın maraqları çərcivəsində baş tutdu...

Ölkə başçımızın həmin görüşə qalibiyyət qazanmış ölkənin başçısı, zəfər çalan Ordunun Ali Baş Komandanı olaraq qatılması, habelə imzalanmış kapitulyasiya şərtlərinin dəfələrlə Ermənistan tərəfindən pozulmasına cəhdlər

edilməsi, digər qanlı insidentlərin baş verməsinə diqqət çəkməsi ilə Ermənistan hökümətinə və işğalçı ölkənin havadarlarına çox ciddi siyasi mesaj verilmiş oldu.

Aydın məsələdir ki, qələbəni qazanmaq nə qədər çətindirsə, daimi qələbəni qoruyub saxlamaq da bir o qədər çətindir. Biz İlham Əliyevin timsalında hər iki amilin diqqətdə olmasının, bir rəhbər tərəfindən ümumxalq

mənafeyinin əsas ideal sayılmasının bariz nümunəsini gördük. Heç bir vaxt ona sonsuz ümid bəsləyən xalqını yanıltmayan Prezidentimiz tərəfindən döyüşbmeydanında qazanılmış qələbəmiz diplomatik və siyasi müstəvidə də böyük uğurla davam etdirildi.

Ötən il noyabrın 10-da imzalanan üçtərəfli bəyanatın əsas hissəsindən biri də nəqliyyat və kommunikasiya xətlərinin qurulması idi. Moskvada dünən keçirilən görüş çərçivəsində humanitar və kommunikasiya məsələləri ilə bağlı üçtərəfli işçi qrupunun yaradılması barədə müzakirələr aparıldı və təsdiqləndi. Bu özlüyündə ehtiva edir ki, qəbul edilən müddəalar qeyd-şərtsiz yerinə yetirilməzsə, üçtərəfli əməkdaşlıq formatı olmayacaq.

Biz həmişə deyirdik ki, Azərbaycanın savaşı haqq işidir, mübarizəmiz haqq uğrundadır. Bu səbəbdən də, görüşdən əvvəl tərəfimizdən irəli sürülən və yeni bəyanatla təsbit olunmuş tələblər həm maraqlarımızı təmin edir, həm də bütün regionda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsinə xidmət edir.

Diplomatik müstəvidə atılan bu addımlar da döyüş meydanında qazanılan qələbə qədər əhəmiyyətlidir, onun məntiqi davamıdır. İşğaldan azad edilmiş ərazilərimizdə nəqliyyat infrastrukturunun qurulması, təkcə Ermənistanla deyil, bütün qonşu dövlətlərlə sabit və dinc bir təmasın qurulmasına təminat verəcək. Çünki, Azərbaycan bu məsələdə sülhpərvər və yardımsevər ideyalar daşıdığını hər zaman sübut etmiş bir ölkədir.

10 noyabr bəyanatında Naxçıvanla bir başa quru yolunun yaradılması nəzərdə tutulmuşdu. Dünən Moskvada qəbul edilən bəyanat artıq bu layihənin qısa bir müddət ərzində həyata keçirilməsini şərtləndirən mühüm amilə çevrildi.

Siyasi iradənin və diplomatik bacarıqların uğurlu yekunu oldu. “Mehri dəhlizi”nin açılması ilə uzun illərdir təcrid vəziyyətinə düşmüş Naxçıvana Azərbaycanın hər bir yerindən birbaşa quru yolu ilə gediş-gəliş bərpa olunacaq.

Hamıya məlumdur ki, 30 ilə yaxın idi ki, Naxçıvana gediş-gəliş ya hava nəqliyyatı vasitəsi ilə, və ya İran İslam Respublikasının ərazisindən keçməklə mümkün olurdu. Təbii ki, tranzit olaraq başqa ölkənin ərazisindən istifadə etmək həm maddi cəhətdən baha başa gəlir, həm də daşımaların daha ləng həyata keçirilməsi ilə nəticələnirdi... “Mehri dəhliz”i nəhayət ki, bu narahatlıqlara son qoyacaq.

Bu dəhliz həm də bizə Azərbaycanı Türkiyə ilə birləşdirəcək dəmir yolunun açılması kimi zəruri bir üstünlük qazandıracaq. Açılacaq “Şərq-Qərb” nəqliyyat dəhlizinin tərkib hissəsi olan yeni yol qardaş ölkə ilə əlaqələrimizi

daha da gücləndirəcək, ölkəmizin geoiqtisadi əhəmiyyətini artıracaqdır.

Naxçıvana daşımalar daha qısa müddət ərzində, daha az xərclə başa gələcək. ...Demək olar ki, Ermənistan bu görüşdən heç nə qazanmadı. Şərtlərimizi qəbul etməklə yanaşı, yeganə istəkləri noyabrın 10-dan sonra ələ keçirilmiş

erməni diversant-terrorçularının azad olunması olsa da, bu məsələ də həllini tapmadı. Sonda Ermənistan baş naziri mətbuata açıqlamasında erməni diversantterrorçularını azad etmənin mümkün olmadığı üçün görüşün nəticələrindən məyus olduğunu aydın şəkildə bəyan etdi.

Bu görüş - diplomatik müstəvidə qazanılmış bu qələbə ilə Azərbaycan yalnız Ermənistan tərəfinə yox, görüşlə bağlı qabaqcadan məntiqsiz fikirlər irəli sürən, uğurlarımıza kölgə salmağa cəhd edən bütün antimilli qüvvələrə çox ciddi

zərbə vurmuş oldu.

Paylaş »
››› David Tonoyandan sensasiyalı müharibə etirafları - əmrlər Sergey Şoyqudan gəlirmiş
››› Şirvan xəstəxanasında özbaşınalıq: Tibbi heyət Baş həkimdən narazılıq edir - Video
››› Putin axır ki, "saray videosu"ndan danışdı və özünü daha da çətinə saldı - Video
››› Yüzlərlə Bakı sakini Naxçıvanda ilişib qalıb
››› “Ərdoğan Parisdən 3 saatlıq məsafədə Osmanlı İmperiyası qurur”
››› Cavad Zərifin Bakı səfərinin arxasında nə dayanır...
››› Rövnəq Abdullayev vəzifəsini icra edir
Son xəbərlər
Bütün xəbərlər »