Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şahzadə Çarlz peyvənd olunmaq üçün növbə gözləyir
Vaksin - peyvənd

Britaniya taxt-tacının varisi, keçən ilin mart ayında COVID-19-dan sağalan şahzadə Çarlz koronavirusa qarşı peyvənd olunmaq üçün növbəsini gözləyir.

“Report” xəbər verir ki, peyvənd olunmaq niyyətini əlahəzrət CNN-ə açıqlamasında elan edib.

“Bəli, bunu mütləq edəcəyəm. Bu, mənə tamamilə lazımlı görünür. Peyvənd olunmaq son dərəcə vacibdir, çünki o, bizə bu vəziyyətdən çıxmaq fürsəti verir. Vaksinsiz bunu etmək olduqca çətin olardı”, - o deyib.

Qeyd edək ki, Britaniyada hazırda yaşı 80-dən yuxarı olan insanların peyvənd olunması mərhələsi bitmədiyindən 72 yaşlı şahzadə ona nə vaxt növbə çatacağını gözləyir.

Əlavə edək ki, şahzadə Çarlzın valideynləri - Böyük Britaniya Kraliçası II Elizabet və yoldaşı Edinburq hersoqu Filipp yanvarın 9-da peyvəndin ilk dozasını alıblar.

Paylaş »
››› “Lotu Quli”nin titul verdiyi “Saşa Kuşner”i armaturla vəhşicəsinə döyüb alçaltdılar
››› "Paşinyanın planı Ermənistanı vilayət olaraq Türkiyəyə verməkdir"
››› Rusiyada "Navalnı inqilabı" başlayıb: Etirazlar böyüyür - Fotolar
››› Rusiyada etirazlar 100-dən artıq şəhəri bürüyüb: Putin çətin sual qarşısında - Video
››› "Qarabağla bağlı gərginlik yenidən başlaya bilər" - Andrey Manoylo
››› Vladimirin yerinə Aleksey, yaxud “Navalnı inqilabı” Azərbaycana nə vəd edir
››› Novruz çərşənbələrinin vaxtı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »