Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Professor: “Mehdiyevin Həbibbəylini vurması nağılı hədəfdən yayınmaqdır”
Professor: “Mehdiyevin Həbibbəylini vurması nağılı hədəfdən yayınmaqdır”

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyevin rəhbərlik etdiyi qurumda gerçəkləşdirdiyi dəyişikliklər maraqlı söhbətlərə səbəb olub.

AMEA prezidentinin hər iki birinci müavinini ixtisara salması, özünün “sağ əli” kimi tanınan akademik İsa Həbibbəylini vəzifəsindən azad etməsini bəzi mənbələr İsa müəllimin “vurulması” kimi dəyərləndiriblər.

Yenisabah.az-ın məlumatına görə, İsa Həbibbəylinin birinci vitse-prezident postundan kənarlaşdırılmasının səbəbi onun Mehdiyevin nəvəsinin ötən il avqustun 18-də baş tutan qalmaqallı toyunda iştirak etməməsidir. Hərçənd, İsa Həbibbəyli postunu itirməsini bu qurumda aparılan struktur islahatlarıyla əlaqələndiirb.

AMEA-da daima Mehdiyev və Həbibbəylinin təzyiqləri ilə qarşılaşan professor İdris Abbasov Bizimyol.info-ya bildirib ki, əslində nə cəzalandırma var, nə də vurulma. Hədəfdən yayındırmaq üçün çox belə “əyləncəli proqramlar”ın şahidi olacağıq. Tərəflər bunun belə görünməsində maraqlıdırlar:

İdris Abbasov Professor İdris Abbasov

“İsa Həbibbəyli ölkədə karantin rejiminin tətbiq olunduğunu əsas gətirərək sözügedən toya qatılmaqdan imtina etdiyi üçün Ramiz Mehdiyev onu cəzalandırdı” kimi nağıllar cəlbedici və əyləndirici olsa da, Azərbaycan dövlətinin, xalqının və qanunun ziyanınadır. İsa Həbibbəylinin AMEA-nın birinci vitse-prezidenti postundan kənarlaşdırılması elə bir əhəmiyyət kəsb etmir. Guya o, toya getmədiyi üçün Ramiz Mehdiyevin qəzəbinə tuş gəlib və Mehdiyev də onu cəzalandırıb. Absurddur.

Bu qədər dövlət vəsaitinin göyə sovrulmasına cavabdeh olanların qanunla yox, Ramiz Mehdiyevin qəzəbi ilə “cəzalandırılması” ölkə başçısının apardığı siyasətə və islahatlara növbəti zərbədir. Hədəfdən yayındırmaq üçün çox belə “əyləncəli proqramlar”ın şahidi olacağıq. 30 ildir ikişafımıza əngəl olan bu amillər deyilmi?! Bu gün Azərbaycan tarixində ölkə başçısı İlham Əliyevin bir xalq olaraq bizə verdiyi şansı dəyərləndirməyib seyrçi qalsaq, Allah bizi bağışlamayacaq. Yatan xalqı batmaqdan heç kəs qurtara bilməz... Mətləbə qayıdaraq sual edirik: Milyonlarla vəsaitin taleyi necə oldu? Dövlətin və xalqın taleyi ilə oynamaq, mələk donu ilə bədirlənib növbəti ciyanətlərə start vermək əfv olunmaz cinayətdir. AMEA-ya Prezident Administrasiyasının sərt qanuni müdaxiləsi vacibdir.

Nə qədər ki, İsa Həbibbəylini qanun yox, Ramiz Mehdiyev “cəzalandıracaq”, vay o xalqın və Dövlətin halına! Bu kimi məlumatlar büdcəni dağıdanların xalqı çaşdırmaqla məşğul olmasına hesablanıb. Sadə xalqla Prezidentin birliyi və baş alıb gedən cinayətlərə qanuni müdaxilələr ölkəni, o cümlədən elm ocaqlarını məhv olmaqdan xilas edə bilər. Əks təqdirdə, güclü maliyyə dayaqlarına və seçdikləri “peşə”də dərin təcrübəyə malik bu iri alim-akademik-məmur şəbəkəsi ilə bacarmaq çətin olacaq. Dövlət büdcəsindən sovrulan milyonların taleyi ilə maraqlanmayan, milli-mədəni dəyərlərimizə biganə qalan İsa Həbibbəyli Ramiz Mehdiyev elm təəssübkeşləri ola bilməzlər. Bu nə şoudur? Akademik Mehdiyevin “qara siyahı”sına düşmək nədir? Şəbəkənin xeyrinə işləyən “İsa Həbibbəyli ölkədə karantin rejiminin tətbiq olunduğunu əsas gətirərək sözügedən toya qatılmaqdan imtina etdiyi üçün Ramiz Mehdiyev onu cəzalandırdı” kimi nağıllar cəlbedici və əyləndirici olsa da, Azərbaycan dövlətinin, xalqının və qanunun ziyanınadır.

Eyni zamanda bu kimi fəndlər Azərbaycan Respublikası Prezidentinin ölkəni yeniləşdirmək, gerçək islahatları reallaşdırmaq xəttinə qurulmuş tələnin bir həlqəsidir. İsa Həbibbəyli və digərləri kifayət qədər əsaslar olduğu halda niyə Qanunun deyil, məhz Ramiz Mehdiyevin “qara siyahısı”na düşməlidirlər?! Bu, xalqın və ölkənin taleyi ilə uzun illərdən bəri oynanılan oyunun davamından başqa bir şey deyildir. Bu çirkin oyundan milyonlar qazananlar, təəssüf ki, hələ də ortadadırlar.

İsa Həbibbəyli İsa Həbibbəyli

P.S. Hazırda İsa Həbibbəyli Milli Məclisin deputatı, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun direktoru və s.dir.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »