“Gərginliyin aşağı salınması, 10 noyabr tarixində imzalanmış bəyanatın maddələrinin həyata keçirilməsi istiqamətində bir görüş keçirilməli idi. Bu təmaslar gələcəkdə da davam etdirilməlidir”.
Bunu Bizimyol.info-ya açıqlasında politoloq İlyas Hüseynov dünən Moskvada Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin arasında keçirilən görüşlə bağlı bildirib.

Politoloq qeyd edib ki, Ermənistan tərəfinin 10 noyabr bəyanatı ilə bağlı manipulyasiyaları da həyata keçmədi: “Bu aspektdən görüşü Azərbaycanın milli maraqlarının qorunması istiqamətində uğurlu hesab etmək olar. Çünki Ermənistan 10 noyabr bəyanatının 8-ci maddəsinə əsasən əsir və girovların qaytarılması, müharibədə həlak olan hərbi qulluqçuların cəsədlərinin dəyişdirilməsilə bağlı Azərbaycanı təhdid edirdi. Bu bəndlə manipulyasiya edirdi ki bu bənd tamamı ilə öz həllini tapmasa, digər bəndlər həyata keçirilməyəcək”.
İ.Hüseynov bildirib ki, Ermənistanın baş naziri Paşinyanın münaqişə və status məsələsi həll olunmayıb şərhinə cavab verildi: “Prezident İlham Əliyevin müharibənin bitdiyini deməklə statusun verilməyəcəyinə işarə etdi”.
Politoloq gələcək prespektivdə Rusiya sülhməramlılarının fəaliyyətindən çox şey asılı olacaq: “Rusiya sülhməramlılarının bir sıra fəaliyyətilə bağlı ictimaiyyətdə narazılıqlar var. Bu narazılıqları dövlət başçısı da dilə gətirmişdi. Ümid edirik ki xırda inisdentlərin qarşısı tez alınacaq, sülhməramlıları ümumilikdə öz işlərinə korrektələr edəcəklər. Arzuolunandır ki sülhməramlıların fəaliyyətinin təmin olunması və onların mandatının müəyyən olunması istiqamətində bir sənəd də imzalana bilər. Çünki onlar təhlükəsizliyi təmin etməklə yanaşı humanitar yardımla məşğul olur. Ermənistan qalıcı sülhü və təhlükəsizliyi təmin etmək istəyirlərsə, onlara təklif olunan şanslardan istifadə etməlidirlər. Azərbaycan tərəfinin istəyi ondan ibarətdir ki hələ də Xankəndindı qalan silahlıların və terrorçuların zərərsizləşdirilməsi həyata keçirilsin. Onlar ərazimizi tərk etsinlər. Bundan sonra iqtisadi-ticari əlaqələrdən və başqa məsələlərdən danışmaq olar”.