Rusiyalı mütəxəssislər 47 yaşlı qadının orqanizmində koronavirus SARSCoV2-nin 18 mutasiyasını qeydə alıblar.
Bizimyol.info “İzvestiya” qəzetinə istinadən xəbər verir ki, qadın ötən il aprel ayında COVİD-19-a yoluxub, onun test nəticələri sentyabr ayına qədər müsbət nəticə verib.
Alimlər alınan bütün nəticələri müqayisə edərək, pasiyentin orqanizmində virusun 18 mutasiya variantının mövcudluğunu aşkarlayıblar. O cümlədən gendə 2 S zülal aşkarlanıb ki, bu da Danimarkada qunduzlarda aşkarlanmış virusa identikdir.
Gettingen Universitetinin professoru, genomika və bioinformatika üzrə mütəxəssis Konstantin Krutovski bildirib ki, mutasiyalar zəif immunitetə malik yoluxma qeydə alınan xəstələrdə rast gəlinir və Britaniya ştammına uyğun versiyalardır. “SARS-CoV-2 uzun müddət eyni orqanizmdə qalarsa çoxlu mutasiyalar yarada bilər. “Amma hələlik yeni Rusiya ştammı barədə danışmaq tezdir. Bu yalnız bir pasiyentdə görülüb”,- deyə alim qeyd edib.
Onu da xatırladaq ki, sürətlə yayılan Britaniya ştammı barədə də 1 ay öncə məlumat verəndə o bir nəfərdə qeydə alınmışdı. İndi isə Brianiya ştammı yaxın qonşularımız Türkiyə və Rusiyada görülməkdədir, azərbaycanlı həkimlər onun bizdə də qeydə alınacağını istisna etmirlər.
İlhamə