Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Gəncədə silsilə oğurluq edən şəxs saxlanılıb
Həbs

Gəncə şəhər Baş Polis İdarəsinin Nizami rayon Polis İdarəsinin (RPİ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində silsilə oğurluq hadisələri törədən şəxs saxlanılıb.

Bizimyol.info xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, aparılan araşdırmalarla müəyyən edilib ki, Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş, 27 yaşlı Naib Əliyev cari ilin yanvar ayının müxtəlif vaxtlarında şəhər ərazisində vətəndaşlara məxsus müxtəlif avtomobillərdən iki ədəd ümumi dəyəri 545 manat olan mobil telefon və bir ədəd içərisində 3354 manat nağd pul olan pul qabını oğurlayıb. N. Əliyev saxlanılaraq maddi sübutlarla birlikdə istintaqa təhvil verilib. Faktlarla bağlı Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Paylaş »
››› David Tonoyandan sensasiyalı müharibə etirafları - əmrlər Sergey Şoyqudan gəlirmiş
››› Putin axır ki, "saray videosu"ndan danışdı və özünü daha da çətinə saldı - Video
››› Yüzlərlə Bakı sakini Naxçıvanda ilişib qalıb
››› “Ərdoğan Parisdən 3 saatlıq məsafədə Osmanlı İmperiyası qurur”
››› Cavad Zərifin Bakı səfərinin arxasında nə dayanır...
››› Rövnəq Abdullayev vəzifəsini icra edir
››› Avropada erməni olmaq: Erməni kimliyi və diasporasının ikinci sığınacaq “vətəni”: “Fransa erməniləri”, yoxsa “erməni əsilli fransızlar”
Son xəbərlər
Bütün xəbərlər »