Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Oktyabrın 19-da Onik Qasparyan vəziyyəti ətraflı məruzə elədi, dedi biz məğlubiyyətə gedirik...”
Erməni uşaqları döyüşə aparılır

Azərbaycanın qələbəsi ilə başa çatan 44 günlük ikinci Qarabağ müharibəsinin qızğın vaxtında Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru vəzifəsini icra edən Mikael Ambarsumyan baş nazir Nikol Paşinyanı “müharibəni vaxtında dayandırmamaqda” günahlandırır. Ambarsumyan erməni KİV-lərinə müsahibəsində deyir ki, güc strukturlarının , xüsusən Milli Təhlükəsizlik Xidmətinin və Baş qərargahın rəhbərləri oktyabrın əvvəllərindən başlayaraq gündəlik rejimdə cəbhədəki vəziyyət barədə baş nazirə məruzə edirdilər və müharibənin tezliklə dayandırılmasının zəruriliyini bildirirdilər.

M.Ambarsumyan oktyabrın 8-dən noyabrın 7-nə qədər həmin vəzifəni icra edib, daha əvvəl isə Milli Təhlükəsizlik Xidmətinin direktor müavini olub.

Oktyabrın 19-da Təhlükəsizlik Şurasının Ambarsumyanın da iştirakı ilə keçirilən iclasında Baş qərargah rəisi Onik Qasparyan məruzə edib ki, müharibəni təcili dayandırmaq lazımdır.

“Bildirdi ki, biz məğlubiyyətə gedirik və müharibəni dayandırmaq lazımdır. Əgər yaddaşım məni aldatmırsa müdafiə naziri Tonoyan da həmin mövqeni dəstəkləyirdi. Müxalifət nümayəndələri Arman Abovyan və Edmon Marukyan da müzakirələrdə iştirak edirdi. Bununla belə müharibənin dayandırılması barədə qərar qəbul olunmadı. Sonradan Rusiya prezidentinin və digər mənbələrin bəyanatlarından aydın oldu ki, oktyabrın 19-da analoji təklifi Rusiya tərəfi də irəli sürüb. Nə etmək lazım olduğu barədə konkret bəndlər təklif olunub. Mahiyyətcə Lavrov planını həyata keçirmək təklif edilirdi”,-Ambarsumyan belə deyib.

Qeyd edək ki, müharibə başlayan gün həmin Onik Qasparyan Yerevanda lovğa və rasist bəyanatla çıxış edərək öz əsgərlərini “Azərbaycanı tezliklə məğlub etməyə” çağırmışdı. Lakin cəmi bir neçə günlük döyüşlər kifayət etdi ki, bu yaramaz “məğlubedilməz erməni ordusu” haqda mifin darmadağın edilməsi ilə üzləşsin və hər gün müharibəni dayandırmaq barədə öz baş nazirinə yalvarsın...

Paylaş »
››› Navalnının yaydığı görüntülər Putinin axırına çıxacaq - Video, Foto
››› Rusiyanın "yük atı": Yarım əsrin əfsanəsi tam yeni dizayna keçir - Foto
››› “Baydenin hakimiyyəti dönəmində Türk Dünyasını çətin günlər gözləyir”
››› 26 yaşında general-mayor rütbəsi alan gözəl...
››› Azərbaycanda jurnalist qətlə yetirilib
››› "Azərbaycanın qələbəsindən sonra tarixi türk coğrafiyası bərpa olunur"
››› ƏDV faizlərini geri alanlar üçün ikiqat qazanc!
Son xəbərlər
Bütün xəbərlər »