Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kremldə Qarabağ zirvəsi: “Moskva görüşünün keçirilməsində hər bir tərəfin marağı vardı”
Kremldə Qarabağ zirvəsi: “Moskva görüşünün keçirilməsində hər bir tərəfin marağı vardı”

Moskvada Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında razılaşma imzalanıb.

Kremldə üçtərəfli görüşün yekunlarına dair mətbuat konfransında Azərbaycan və Rusiya tərəfi münaqişənin bitdiyini, Ermənistan tərəfi isə münaqişənin tam həll olunmadığını bildirib.

Birgə bəyanatda Dağlıq Qarabağda iqtisadiyyat, ticarət və nəqliyyat əlaqələrinin, eləcə də sərhədlərin açılması məsələləri ilə Rusiya, Ermənistan və Azərbaycan Baş nazir müavinlərinin rəhbərliyi ilə xüsusi üçtərəfli komissiyanın məşğul olacağı bildirilib.

“Qarabağla bağlı Moskva görüşünün keçirilməsində hər bir tərəfin marağı vardı. Rusiya Qarabağda sülhməramlıların artırılmasını hədəfləyirdi. Azərbaycan tərəfi buna qəti şəkildə öz mövqeyini bildirdi. Azərbaycan tərəfinin mövqeyi haqlı mövqedir”.

Bunu Bizimyol.info-ya açıqlamasında deputat Ceyhun Məmmədov bildirib.

Ceyhun Məmmədov Ceyhun Məmmədov

Deputat qeyd edib ki Azərbaycan heç vaxt sülhməramlı kontingentinin artırılmasına razı ola bilməz: “Hər bir məsələ 10 noyabrda imzalanan razılaşmaya əsasən tənzimlənir”.

C.Məmmədov bildirib ki Ermənistanın baş naziri ölkədaxilində tənqidləri azaltmaq məqsədilə müəyyən bəyənatlar versin: “Söhbət status məsələsindən, ATƏT-in Minsk qrupundan gedir. Fransa çox çalışır ki tarixdə qalan münaqişədən sonrakı proseslərdə iştirak etsin. Amma hazırda bu mümkün deyil. Cənab Prezident İlham Əliyev münaqişənin bitdiyi barədə məlumat verdi. Bəyan etdi ki artıq status məsələsi gündəmdə deyil”.

Deputat bildirib ki regionun inkişafı üçün kommunikasiya xətlərinin bərpası xüsusi əhəmiyyət daşıyır: “Burada əsas məqsəd qlobal layihələrin işə salınmasıdır. Regionun inkişafı üçün Ermənistanın silahı yerə qoyması xüsusi önəm daşıyır. Revanşist qüvvələrə xəbərdarlıq edildi ki onlar yenidən baş qaldırmağa çalışarlarsa, bunu etsələ çox ciddi şəkildə cəzalandırılacaqlar”.

Son xəbərlər
Bütün xəbərlər »