Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dünənki 3 tərəfli görüş nə qazancdır, nə itki...
Dünənki 3 tərəfli görüş nə qazancdır, nə itki...

Dünən Moskvada keçirilən görüşdən aydın görünən nə oldu? Gördük ki, Rusiya Dağlıq Qarabağın statusu məsələsində maraqlıdır, israrçıdır. Ermənistan hesab edir ki, DQ statusu həll edilməlidir, Azərbaycan da öz mövqeyində qalaraq deyir münaqişə bitib. Amma "qızıl orta" yoxdur.

Putin elan elədi ki, Qarabağda yenidən qurma ilə bağlı məsələləri Azərbaycanın, Ermənistanın və Rusiyanın baş nazir müavinlərinin rəhbərlik etdiyi işçi qrupu məşğul olacaq. Bir çox ekspertlər bunu önəmli hal kimi dəyərləndirsə də,  Azərbaycana məxsus suveren ərazidə Ermənistanın hansı əsasla quruculuq işi aparması məsləsi qaranlıq qalır.

Əlavə sualalar da yaranır. Ermənistana Azərbaycan dəmiryolundan istifadə etməklə Rusiya ilə əlaqə yarada bilmək imkanı verilirsə, sabah Türkiyə də Ermənistanla sərhədi açmaq qərarı verə bilərmi? Qarabağ məsələsi həll olmayıb, amma Ermənistana iqtisadi yardımlara start verilir. Mehri dəhlizinin açılması Qarabağ problemini həll edirmi? Faktiki Azərbaycanın ərazisində iki dövlətin - Rusiyanın və Ermənistanın hərbi bazası mövcuddur. Türkiyənin hərbi bazası yaradılsın deyəndə də Qoşulmama hərəkatı bəhanə gətirilir. Ümumiyyətlə, məsələnin uzadılması Azərbaycanın maraqlarına uyğundurmu? Bu uzatma Qarabağa yüksək status verilməsi söhbətilə nəticələnə bilərmi?

Kommunukasiya açılmaqla, əsasən də Mehri dəhlizində dəmir yolu Rusiyanın FTX-nın nəzarətində olması, Azərbaycandan Naxçıvana, Azərbaycandan Türkiyəyə və eləcə də əks istiqamətə daşınan yüklərə Rusiya nəzarət edəcək. Üstəlik Rusiya ilə İran arasında yükdaşımalar SSRİ dövründəki kimi intensivləşəcək. Əsasən Kəşfiyyat xidmətinin əməkdaşlarını, o cümlədən diplomatları daşıyacaq Moskva-Tehran sərnişin qatarı fəaliyyətə başlayacaq. Rusiyadan Ermənistana hərbi və xalq-kənd təsərrüfatı yükləri çox rahat daşınacaq. Dağlıq Qarabağda Rusiya 30 ildən sonra hərbi baza quraraq sülhməramlı yox, tərəf kimi iştirakını təsdiq elədi. Dünənə qədər, guya vasitəçi idi, bu gün müqavilə gücü olan bəyanatla tərəf oldu, iqtisadi prosesləri legitim şəkildə idarərə başladı. 30 ildən sonra ermənilər Dağlıq Qarabağda sərbəst yaşamaqla blokadadan çıxdı. Rusiyadan hərbi və xalq təsərrüfatı təyinatlı yükləri çox asanlıqla Ermənistana daxil olacaq.

Məsələyə Ermənistan tərəfindən baxsaq nə var? Dünən “İşıqlı Ermənistan” partiyasının və parlament fraksiyasının sədri Edmon Marukyan bildirdi ki, “Əliyevə Moskavda xatırladılmalıdır ki, bizimlə təhdid dilində danışmasın, bizi Bayraktarla qorxutmasın. Onun təhdidləri güc tətbiqi və terror aktlarının törədilməsinə əsas verir. Ermənistan hələ itirdikləri üçün cəhdlərə davam edəcək”.

“Ermənistanda hakimiyyət dəyişilsə biz Qarabağda atəşkəs rejiminin dayandırılması şərtlərini və qəbul edilmiş biabırçı 3 tərəfli bəynnaməni ləğv edə bilərik. Biz biabırçı sülh müqaviləsinə dəyişiklik etmək üçün əlimizdən gələni etməliyik.Bu əminəm ki olacaq . Buna görə, Paşinyanı dəstəkləyən deputatları getməyə və yaranmış vəziyyəti ölkənin gələcəyini düşünüən adamlara həvalə etməyə çağırıram” Bunu da müxalifət partiyasının liderlərindən olan Artur Vanestyan bəyan edib.

Anlaşılan dünənki görüşdə hər kəs öz könlünə düşən havaya qulaq asmaq istədi, hərə öz notunda oxudu. Putin dedi ki son sözü mən deyirəm, Qafqazın sahibi mənəm. Qarabağın statusu sonraya qalır, təməs xətti var! Nəqliyat və digər əlaqələr açılacaq, özü də mənim nəzarətimlə Ermənistan dedi ki, münaqişə hələ tam bitməyib .Bir çox məslələr açıq qalıb.

Azərbaycan isə... Burda bütün siyasi təzyiqlər həmişəki kiimi məhz bizə yönlənmişdi. Azərbaycan öz mövqeyini qoruyaraq hər şeyi öz axarı ilə yaxşılığa doğru aparmaq yönündə, gəmini fırtınalı sulardan sağ çıxarmaq əzmindədir. İstəyimizə addım addım ail oluruq. Böyük sülh sazişi barədə danışmaq hələ tezdir.Buna qədər yəqin ki onlarla diplomatik görüşlər keçiriləcək. Gərgin alar yaşanacaq. Unutmaq olmaz ki, görüşün mediaya qapalı keçirilən hissəsi var idi. Burdan da müəyyən məqamlar , ehtimallar yaranır.

Dünə Rusiyanın “Kommersant” qəzetidə Moskva danışıqlarında Azərbaycanı qalib kimi təqdim edir . Görüşdən sonra Prezident Əliyevin Kremldə görüşə qalmasını da qeyd edir.

Bu bəyanat 4 saat gedən müzakirələrdən sonra bu formada üzə çıxıbsa, demək masada olan bir çox təkliflərə Prezident Əliyev yox deyib. Bu toplantı bir çox dairələrdə haqqında xəstə olması və yarım ildən sonra hakimiyyətdən gedəcəyi barədə söhbətlər gəzən Putinin sağ salamat və gümrah olduğunu və böyük işlər gördüyünü nümayiş etdirmək üçün də vacib idi . Rusiyaya bu lazım idi. Hərçənd dünənki görüşdə Putinin heç də həmişəki rahatlığında olmadığı, nəyisə ciddi cəhdlə gizləməyə çalışmaq və inandırmaq istəyini seçməmək mümkün deyildi. Qısası, bir görüşlə nə eyforiyaya qapılmaq lazımdı, nə də ümidsizliyə. Bu hələ başlanğıcdı.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »