Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Məcnun" kafesini sahibi və müştəriləri cərimələnib
Polis - Cərimə

Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları inzibati ərazidə xidmət aparan zaman Bakıxanov qəsəbəsi ərazisində karantin rejiminə əməl etməyərək fəaliyyət göstərən kafe aşkarlayıblar.

Bizimyol.info xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, aşkarlanan "Məcnun" kafesinin fəaliyyəti dərhal dayandırılıb. Ora baxış zamanı kafenin sahibi vətəndaş Firdovsi Quliyev və daha 8 müştəri saxlanılaraq ərazi üzrə Sabunçu PRİ-nin 13-cü Polis Bölməsinə gətirilib.

Müştərilər barəsində inzibati qaydada tədbirlər görülərək hər biri 200 manat məbləğində cərimə ediliblər və onlarla profilaktik söhbətlər aparılıb.

Kafenin sahibi F.Quliyev isə polis əməkdaşlarının dəfələrlə etdikləri xəbərdarlıqlara əməl etmədiyinə görə onun barəsində də İnzibati Protokol tərtib edilib və obyekt sahibi 4000 manat miqdarında cərimə olunub.

Sabunçu rayonunda "Məcnun" kafesinin karantin qaydalarını pozaraq müştərilərə yerində xidmət göstərdiyi aşkar edilib.

Paylaş »
››› Rusiyada "Navalnı inqilabı" başlayıb: Etirazlar böyüyür - Fotolar
››› "Paşinyanın planı Ermənistanı vilayət olaraq Türkiyəyə verməkdir"
››› Nazirin açıqlamasından çıxan nəticə: Azərbaycanda təhsil düzələn deyil
››› “Köçəryan Xankəndidə qaçıb masanın altında gizləndi...” - Erməni deputata qarşı ittiham
››› Minasyan: “Ölkə xalqın vecinə də deyil, uçuruma yuvarlanırıq”
››› Yanvarın 24-nə olan hava proqnozu
››› Nazir Milli Qəhrəmanın bacısı oğlunu sərəncama göndərib
Son xəbərlər
Bütün xəbərlər »