Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Müharibənin travması: Qazilərin intiharının qarşısını almaq üçün təkliflər - Ekspertlərdən açıqlama
Vüsal Musayev

44 günlük Vətən müharibəsindən sağ-salamat qayıdan əsgər Yunis Mənsurovun intihar etməsi qazilərə psixoloji yardımların göstərilməsi məsələsini gündəmə gətirib.

24 yaşlı əsgər dekabrın 30-da ordu sıralarından tərxis olunub, yanvarın 7-də isə intihar edib.

Y.Mənsurovun psixoloji problemlərdən əziyyət çəkdiyi və gəldiyi gündən ancaq müharibədə baş verənləri sayıqladığı deyilir.

Bizimyol.info xəbər verir ki, sosial şəbəkələrdə müharibənin dəhşətlərini görmüş qazilərimizin yenidən cəmiyyətə qaytarmaq üçün psixoloji yardımların göstərilməsi təklif olunur. O da təklif olunur ki, tədris müəssisələrində psixoloq ştatında olanların hamısı qazilərimizlə çalışmaq üçün səfərbər olunmalıdırlar.

“Pandemiya dövründə əksəriyyəti işə gəlməyib və heç bir iş görməyiblər. Hər biri yaşadığı məkanda olan qazilərimizə psixoloji dəstək göstərməlidirlər. Etmədiyi fəaliyyətə görə dövlət hər ay maaş ödəyirsə, həmin psixoloqlar da qazilərimizin qarşısında heç olmasa borclarını ödəsinlər”,-deyə təhsil eksperti, əməkdar müəllim Almaz Həsrət bildirib.

Elçin Əfəndi Elçin Əfəndi

Təhsil eksperti Elçin Əfəndinin sözlərinə görə, əslində bu müsbət təklif kimi görünür, amma nəzərə alsaq ki, məktəblərdə psixoloq vəzifəsindən çalışanların bir qismi psixologiyadan anlayışı olmayan, başqa ixtisas sahibləri və hətta heç ali təhsili olmayan şəxslərdi: “Ona görə də düşünmürəm ki, onlar qazilərə nəsə köməklik etsinlər. Bundan əlavə nəzərə alsaq ki, dərslər distant formada keçirilir və şagirdlərin özlərinə psixoloji dəstək lazımdı. Məktəb psixoloqları şagirdlərlə işləsə daha yaxşı olar.

Əgər bizim məqsədimiz qazilərə həqiqətən də psixoloji dəstəkdirsə, o zaman ali təhsil müəssisələrində psixologiya ixtisası üzrə təhsil alan sonuncu kurs tələbələrini prosesə cəlb etmək lazımdı. Onların az sonra təcrübə prosesi başlanacaq. Elə yaxşı olar ki, onlar bu təcrübəni qazilərimizlə işləyib həyata keçirsinlər. Bu daha səmərəlidir”.

Paylaş »
››› Navalnının yaydığı görüntülər Putinin axırına çıxacaq - Video, Foto
››› Rusiyanın "yük atı": Yarım əsrin əfsanəsi tam yeni dizayna keçir - Foto
››› “Baydenin hakimiyyəti dönəmində Türk Dünyasını çətin günlər gözləyir”
››› 26 yaşında general-mayor rütbəsi alan gözəl...
››› ABŞ dollarının uzunmüddətli ucuzlaşması gözlənilir
››› "Azərbaycanın qələbəsindən sonra tarixi türk coğrafiyası bərpa olunur"
››› Azərbaycanda jurnalist qətlə yetirilib
Son xəbərlər
Bütün xəbərlər »