Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bəzi tikinti obyektləri üçün qiymətqoyma sistemi dəyişdirilir - Baş nazir qərar verib
Əli Əsədov

Baş nazir Əli Əsədov "Dövlət vəsaitləri hesabına maliyyələşdirilən tikinti obyektləri üçün smeta-normativ və qiymətqoyma sisteminin təkmilləşdirilməsi ilə əlaqədar bəzi məsələlər barədə" qərar imzalayıb.

Bizimyol.info xəbər verir ki, Nazirlər Kabinetindən verilən məlumata görə, qərar Azərbaycan Respublikasının ərazisində dövlət vəsaitləri hesabına maliyyələşdirilən tikinti obyektlərinin qiymətləndirilməsi üçün 2021-ci il oktyabrın 1-dən daha dəqiq hesab olunan resurs metodunun tətbiq ediləcəyini və həmin metodun tətbiq edilməsi ilə bağlı elektron informasiya bazasının yaradılması üçün aidiyyəti dövlət orqanları tərəfindən həyata keçirilməsi tələb olunan tədbirləri müəyyən edir.

Qərar dövlət vəsaitləri hesabına maliyyələşdirilən tikinti obyektləri üçün smeta-normativ və qiymətqoyma sisteminin təkmilləşdirilməsini nəzərdə tutur.

Bu Qərarla yaradılan yeni mexanizm ölkənin tikinti sektorunda və dövlət sifarişlərinin həyata keçirilməsi prosesində şəffaflığın təmin olunmasına, neqativ hallara imkan verən boşluqların aradan qaldırılmasına xidmət edəcək, bürokratik işi azaldacaq və prosesi sadələşdirəcəkdir.

Bununla yanaşı, Türkiyə Respublikasının mövcud təcrübəsindən istifadə etməklə yeni smeta-normativ və qiymətqoyma sisteminin yaxın 2 il ərzində təkmilləşdirilməsi məqsədilə müvafiq normativ-metodik sənədlərin hazırlanması və yeni yaradılacaq elektron informasiya sisteminə məlumatların avtomatik ötürülməsi üçün həyata keçirilməsi tələb olunan tədbirlər və onların icraçıları müəyyən edilmişdir.

Paylaş »
››› “Lotu Quli”nin titul verdiyi “Saşa Kuşner”i armaturla vəhşicəsinə döyüb alçaltdılar
››› "Paşinyanın planı Ermənistanı vilayət olaraq Türkiyəyə verməkdir"
››› Rusiyada etirazlar 100-dən artıq şəhəri bürüyüb: Putin çətin sual qarşısında - Video
››› Vladimirin yerinə Aleksey, yaxud “Navalnı inqilabı” Azərbaycana nə vəd edir
››› "Qarabağla bağlı gərginlik yenidən başlaya bilər" - Andrey Manoylo
››› Novruz çərşənbələrinin vaxtı açıqlandı
››› Ənənə davam edir: Kreml sahibinin "əli olmayan" qətllər...
Son xəbərlər
Bütün xəbərlər »