Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dövlətin maliyyələşdirdiyi tikinti obyektləri üçün yeni smeta-normativ və qiymətqoyma sistemi tətbiq ediləcək
Nazirlər  Kabineti

Baş nazir Əli Əsədov “Dövlət vəsaitləri hesabına maliyyələşdirilən tikinti obyektləri üçün smeta-normativ və qiymətqoyma sisteminin təkmilləşdirilməsi ilə əlaqədar bəzi məsələlər barədə” qərar imzalayıb.

Bizimyol.info xəbər verir ki, Nazirlər Kabinetinin mətbuat xidmətindən verilən məlumata görə, qərara əsasən, 2021-ci il oktyabrın 1-dən Azərbaycan Respublikasının ərazisində dövlət vəsaitləri hesabına maliyyələşdirilən tikinti obyektlərinin qiymətləndirilməsi üçün yalnız yeni smeta-normativ və qiymətqoyma sistemi və onun əsasında qiymətqoymanın resurs metodu tətbiq ediləcək.

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə tapşırılıb:

- tikintidə yeni smeta-normativ və qiymətqoyma sisteminə aid texniki-normativ hüquqi aktların təsdiq edilməsini və Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsini 2021-ci il martın 1-dək təmin etsin;

- tikintidə əməyin ödənilməsi üzrə tarif dərəcələrinə aid məlumatları almaq üçün müvafiq sorğuların Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunmasını təmin etsin;

- tikinti üçün dəmir yolu nəqliyyatı vasitəsilə yükdaşımaların cari qiymətləri səviyyəsində tariflər barədə məlumatları almaq üçün müvafiq sorğuların “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə təqdim olunmasını təmin etsin;

- Azərbaycan Respublikasının ərazisində tikinti maşın və mexanizmlərinin və avtonəqliyyat vasitələrinin istismarı üzrə 1 (bir) maşın-saatın dəyərinin müəyyən edilməsinə aid məlumatların (tikinti üçün avtonəqliyyat vasitələri ilə yükdaşımalar da daxil olmaqla) hazırlanması, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə tikintidə əməyin ödənilməsi üzrə tarif dərəcələrinə aid məlumatların dəqiqləşdirilməsi, həmçinin tikinti resurslarının cari qiymətlərinin monitorinqinin aparılması, resursların cari qiymətlərinin sistemləşdirilməsi, smeta qiymətlərinin müəyyənləşdirilməsi və təsdiq edilməsi işlərinin yerinə yetirilməsini təmin etsin;

Azərbaycan Respublikasının ərazisində resurslar üzrə aparılmış hesablamalar əsasında və qiymət monitorinqi nəticəsində formalaşdırılmış cari qiymətlərin müzakirəsini təmin etmək məqsədilə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin səlahiyyətli mütəxəssisləri daxil olmaqla, müşahidə qrupunun yaradılmasını təmin etsin;

- Azərbaycan Respublikasının ərazisində tikinti resurslarının cari qiymətlərinin monitorinqinin nəticələrinə əsasən cari qiymətlərin sistemləşdirilməsini, tikinti maşın və mexanizmlərinin və avtonəqliyyat vasitələrinin istismarı üzrə (tikinti üçün avtonəqliyyat vasitələri ilə yükdaşımalar da daxil olmaqla) 1 (bir) maşın-saatın dəyərinin təyin edilməsini, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə tikintidə əməyin ödənilməsi üzrə tarif dərəcələrinə aid məlumatların dəqiqləşdirilməsini və 2021-ci il iyulun 1-dək bu Qərarın 7-ci hissəsində nəzərdə tutulmuş cari qiymətlərin informasiya sistemində yerləşdirilməsini, bütün bu məlumatların Müşahidə qrupunun üzvləri tərəfindən müzakirə olunduqdan sonra resursların cari smeta qiymətlərinin təsdiq olunmasını, topluların çap edilməsini və bu sənədlərin özünün rəsmi 3 internet səhifəsində yerləşdirilməsini 2021-ci il avqustun 1-dək təmin etsin;

- Azərbaycan Respublikasında inflyasiya dərəcəsində və ya dövlət tərəfindən tənzimlənən qiymətlərdə baş verə biləcək dəyişikliklərlə bağlı, həmçinin digər səbəblərdən resursların qiymətlərində və tikintidə əməyin ödənilməsi üzrə tarif dərəcələrinə aid məlumatlarda hər hansı dəyişiklik müşahidə edildiyi halda, ildə azı bir dəfə həm tikinti resurslarının cari qiymətlərinin monitorinqinin nəticələri və tikinti maşın və mexanizmlərinin istismar xərclərinin müəyyənləşdirilməsi üzrə hesablamalar, həm də bu Qərarın 4-cü hissəsində göstərilən dövlət orqanlarının (qurumların) Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə təqdim edəcəyi yeni məlumatlar əsasında resursların cari smeta qiymətlərini yenidən hesablayaraq, onların təsdiq və dərc edilməsini təmin etsin;

- Azərbaycan Respublikasının ərazisində dövlət vəsaitləri hesabına maliyyələşdirilən tikinti obyektləri üçün mövcud dünya təcrübəsindən istifadə etməklə, yeni smeta-normativ və qiymətqoyma sisteminin təkmilləşdirilməsi məqsədilə 2022-ci il aprelin 1-dək müvafiq normativ-metodik sənədlərin hazırlanmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin;

- Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə birlikdə tikinti üçün layihə işlərinin cari qiymətlərlə hesablanması ilə bağlı təkliflərini 3 (üç) ay müddətində aidiyyəti dövlət orqanları ilə razılaşdırmaqla, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim olunmasını təmin etsin;

- tikintidə üstəlik xərclər və smeta gəliri üzrə normativlərin, “Tikilməkdə olan müəssisələrin və digər obyektlərin müdiriyyətinin saxlanılması xərclərinin limitləri”nin (texniki nəzarətçinin saxlanılması xərcləri də daxil olmaqla), həmçinin digər limitləşdirilmiş xərc normalarının hədlərini bir daha nəzərdən keçirib, onların təsdiq edilməsi üçün təkliflərini 2 (iki) ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;

- tikintidə yeni smeta-normativ və qiymətqoyma sisteminin və onun əsasında qiymətqoymanın resurs metodunun tətbiqi ilə əlaqədar müvafiq işlərin aparılması və mövcud dünya təcrübəsindən istifadə etməklə, yeni normativ-metodik sənədlərin hazırlanması məqsədilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin tabeliyində müvafiq qurumun yaradılması ilə bağlı təkliflərini 2 (iki) ay 4 müddətində Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırmaqla, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;

- resurs metodunun tətbiqi ilə əlaqədar layihə-smeta sənədlərinin tərtibində iştirak edən mütəxəssislərin maarifləndirilməsi üçün seminarların təşkili işinin davam etdirilməsini təmin etsin.

Paylaş »
››› Türkiyədən dron alan Ukrayna dronları məhv edən silah hazırladı - Foto
››› "Öz təhlükəsizlik xidməti Putinə qarşı işləməyə başlayıb" - Rusiyada gərginlik
››› “ABŞ-ın Fransa ilə eyni mövqeyə gəlməsi, bizim üçün arzuolunmaz nəticələr verə bilər”
››› “Azərbaycanda Paşinyanı elə tərifləyirlər ki, elə bil, orada hörmətli insandır” - Qabrelyanov
››› Yunan deputat: “Türklərə döyüşmədən uduzacağıq”
››› Bir qrup tanınmış şəxs Eldar Həsənova zamin durdu
››› Azərbaycanda daha bir vəkil vəfat edib
Son xəbərlər
Bütün xəbərlər »