Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Erməni əsgərlərin valideynləri: “Qarabağ bizim deyil, uşaqlarımız ora göndərilməməlidir”
Ermənistanda etiraz aksiyaları davam edir, onlarla insan saxlanılıb

Erməni əsgərlərinin valideynləri övladlarının qanunsuz şəkildə Qarabağa hərbi xidmətə göndərilməsinə qarşı çıxırlar.

“Report” xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyinin binası qarşısındakı növbəti mitinqlərdən birində etirazçılar övladlarını yenidən Qarabağa göndərməyəcəklərini elan ediblər.

“Oğullarımız yalnız Ermənistanın özündə xidmət etməlidirlər. Onların Qarabağda nə işi var? Başa düşməliyik ki, Qarabağ bizim deyil, biz Ermənistan vətəndaşlarıyıq. Bizim Qarabağla heç bir əlaqəmiz yoxdur. Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisidir. Əgər kimsə oğlumu Qarabağa göndərməyə hazırlaşırsa, o zaman özüm oğluma xidmətdən qaçmaqda yardım edəcəyəm”, - Ermənistan silahlı qüvvələrinin əsgərlərindən birinin atası söyləyib.

Ölkənin Müdafiə Nazirliyinin məsul şəxsləri valideynlərə övladlarının Ermənistanda xidmət edəcəyinə dair söz versə də, onlar inanmağa tələsmirlər.

“Xahiş edirəm, oğlumu Qarabağa göndərməyin. Ölkəmizdə nə baş verir?! Uşaqları dünyaya gətirmirik ki, əlimizdən alıb ölümə göndərsinlər”, - deyə əsgər anası kədərlənib.

Paylaş »
››› "Azərbaycan hərbçiləri İrəvanda supermarketdə" - Ermənistanda həyəcan (Foto)
››› “Bu sürətlə vaksinasiyasını bitirmələri üçün 400 il vaxt lazımdır” - Açıqlama
››› "Əraziləri kimin 18 yaşlı oğlunun hesabına almaq istəyirsiniz?" - Vitse-spiker
››› Ermənistan mətbuatı Kremlin adamını "yaxaladı": "Açıq-aşkar depressiyaya düşüb"
››› Mübariz Mənsimovun bacısı: “Atam ölüm yatağında oğlunun yolunu gözləyir” - Video
››› Prezident İlham Əliyev Şuşaya yola düşüb - Video
››› “Şuşadan Ermənistana və onun havadarlarına xəbərdarlıq edildi”
Son xəbərlər
Bütün xəbərlər »