Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Putinin görüşdəki çıxışında önəmli açıqlamalar vardı"
İlham Əliyev, Vladimir Putin və Nikol Paşinyan

“Ana xətt bundan ibarətdir ki, Putin 10 noyabrda bağlanan sazişə sadiq qaldığına görə dövlət başçılarına təşəkkür etdi. Çünki birgə razılaşma ilə bağlı bizdə çoxlu sayda suallar yaranmışdı. Bu çox önəmli məsələdir.”

Bunu Bizimyol.info-ya açıqlaması zamanı Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri Əziz Əlibəyli bildirib. Onun sözlərinə görə, bizdə sual yaradan mövzular Dağlıq Qarabağ ərazisinə məcburi köçkünlərin qayıdışı, sülhməranlıların orada fəaliyyəti, həmin bölgəni tərk etməli olan birləşmələri, Zəngəzur dəhlizinin açılması ilə əlaqədar idi. Putinin görüşdəki çıxışında önəmli açıqlamalar vardı, o, bütün bunlara yekun vurdu.

Əziz Əlibəyli Əziz Əlibəyli

“Putin bildirdi ki, tərəflər 10 noyabr razılaşmasının şərtlərinə əməl ediblər və bu əməkdaşlıq nəticəsində uzun müddətdir davam edən münaqişənin hərtərəfli həlli üçün artıq ilkin şərtlər yaranıb. Ən vacib məsələ bundan ibarətdir ki, həm şərtlər yaranıb, həm tərəflər 10 noyabra sadiq qalıb, həm də Qarabağda yenidən qurma ilə bağlı məsələləri Azərbaycanın, Ermənistanın və Rusiyanın baş nazir müavinlərinin rəhbərlik etdiyi işçi qrupu məşğul olacaq. Bu da çox önəmli məsələdir. Çünki humanitar fəaliyyət adı altında sülhməramlılarla bağlı Azərbaycan tərəfində çox geniş suallar doğurmuşdu. 2 gün öncə president də müraciətində bunu vurğulamışdı.

Xankəndi Xankəndi şəhəri, Azərbaycan

Rusiya prezidentinin məlumatında bir də müəyyənləşdirdik ki, üçtərəfli bəyanatdan sonra Ermənistandan oraya 48 min nəfər qaytarılıb və hər kəsin qayıtması nəzərdə tutulub. Yəqin ki, azərbaycanlı məcburi köçkünlərin də Dağlıq Qarabağ ərazisinə qaytarılması prosesi baş tutacaq. Burada Qarabağla bağlı məsələlərə ardıcıl əməl olunması məsələsini Putin qeyd etdi. Digər məsələlər hamısı davamlı şəkildə həyata keçiriləcək.

Ən nəhayət, bugünkü görüşdə sülhməramlılarla, sərhəd xətləri ilə bağlı növbəti hansı addımlar atılacaq - onlar müəyyənləşdiriləcək. Axşama doğru başqa detalları da müəyyənləşdirə biləcəyik.

Əziz Əlibəylinin sözlərinə görə, Putin açıqlamasında bir daha bildirdi ki, dinc əhaliyə yardım göstərilməsi davam etdiriləcək.

Vladimir Putin, Emmanuel Makron Vladimir Putin, Emmanuel Makron

“Putin görüşdən öncə axşam saatlarında Makronla danışmışdı. Bu gün görüşdə də xüsusi vurğuladılar ki, Qarabağda təhlükəsizliyin və sabitliyin təmin olunmasında ATƏT-ın həmsədri kimi Rusiyanın rolu var. Fransa bir növ topu Rusiyanın üstünə atmış oldu”,- deyə bildirib.

Leyla Mirzə

Paylaş »
››› David Tonoyandan sensasiyalı müharibə etirafları - əmrlər Sergey Şoyqudan gəlirmiş
››› Putin axır ki, "saray videosu"ndan danışdı və özünü daha da çətinə saldı - Video
››› Yüzlərlə Bakı sakini Naxçıvanda ilişib qalıb
››› “Ərdoğan Parisdən 3 saatlıq məsafədə Osmanlı İmperiyası qurur”
››› Cavad Zərifin Bakı səfərinin arxasında nə dayanır...
››› Rövnəq Abdullayev vəzifəsini icra edir
››› Avropada erməni olmaq: Erməni kimliyi və diasporasının ikinci sığınacaq “vətəni”: “Fransa erməniləri”, yoxsa “erməni əsilli fransızlar”
Son xəbərlər
Bütün xəbərlər »