Hazırda Aya və Marsa daimi koloniyalar göndərmək istəyən bəşəriyyət kosmosda insan həyatını gözləyən təhlükələr barədə dəqiq araşdırmalar edir.
Kosmosda olmaq insan orqanizminə məhvedici təsir göstərir, bəzi dəyişikliklər bütün ömür boyu qalıcı olur.Belə ki, sümüklər öz elastikliyini itirir, görmə zəifləyit, orqanizm qocalır.
Bu məlumatı nüfuzlu Cell nəşri və Finlandiyanın Helsingin Sanomat jurnalı yayıb.
Havasızlıq şəraitində saatda 30 min kilometr sürətlə uçan konserv bankasındakı insan - astronavtlar məhz bu şəraitdə yaşayırlar. Elə bu da orqanizmə təsirsiz ötüşmür.
Cazibə qüvvəsinin olmaması orqanizmi yükləyir, radiasiya isə xərçəng yarada və əsəb sisteminin hüceyrələrini dağıda bilər.
İnsan yerin cazibə qüvvəsinə alışaraq yaşayır.Onsuz əzələlər atrofiyaya uğrayır, sümüklər narinləşir. Kosmosda insan hər ay sümük kütləsinin 1 faizini itirir, bu yer kürəsindəki qoca insanın onurğa sütunundakı dəyişikliyə bərabərdir.
Qan və bədəndəki maye normal sirkulyasiya etmir.Qan ayaqdan başa doğru axır və üz şişir. Daxili kəllə təzyiqinə görə gözün görməsində problemlər yaranır. Bəzi astronavtlar Yerə qayıtdıqdan sonra da görmələri yaxşılaşmayıb.
Trombların yaranması riski yüksəlir. Buna görə astronavtlar mütləq özləri ilə qanduraldıcı preparatalar götürürlər.
Eyni zamanda yaşayan astronavtlarda kosmosda gen və DNT -də dəyişikliyi də özünü göstərib. NASA tədqiqatçılarının rəhbəri AfşinBehişti bildirib ki, ətraf mühit genlərə epigenetik dəyişiklik təsiri göstərir, bəzi genlər yaxşı, bəziləri pis işləməyə başlayır. Hazırda mütəxəssislər kosmosda uzun ömürlü olmaq və gəncləşmək mümkündürmü sualları üzərində baş sındırırlar.
İlhamə