Moskvada Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya dövlət başçısı Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş başlayıb.
Bizimyol.info xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Görüşün ilk dəqiqələri mətbuat üçün açıq olub.
Rusiya prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə və Ermənistanın baş naziri Nikol Paşinyana görüş dəvətini qəbul etdikləri üçün təşəkkür edib.