Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“WhatsApp” hansı yazışmalar üçün təhlükəli hesab ediləcək… - Açıqlama
Sosial şəbəkələr

"WhatsApp" tərəfindən açıqlanan və 8 fevralda qüvvəyə minəcək olan yeni məxfilik şərtlərinə əsasən, "Facebook" məlumat paylaşımı üçün icazə istəyəcək. Məlumatlar "Facebook"un nəzdində olan digər şirkətlərlə də paylaşılacaq. Lazımi icazəni verməyən istifadəçilər "WhatsApp"dan istifadə edə bilməyəcək.

"WhatsApp"ın bu yeniliyindən sonra insanlar artıq məlumatlarının təhlükəsiz olmadığını düşünərək bu sosial şəbəkədən imtina etməyə başlayıblar. Bunun ardınca "WhatsApp" 8 fevral tarixində qüvvəyə minəcək yeni "gizlilik siyasəti" ilə bağlı açıqlama verib.

Açıqlamada bildirilir ki, şəffaflığı daha da artırmaq və müəssisələrin “WhatsApp” üzərindən müştəriləri ilə ünsiyyət qurmasına kömək etmək üçün gizlilik siyasətimizi yeniləyirik.

“Bu, müəssisələrin ana şirkətimiz “Facebook” vasitəsilə təhlükəsiz hosting alma imkanı qazanmasına imkan verəcək. Bu yeniləmə “WhatsApp”ın “Facebook” ilə məlumat paylaşımını dəyişdirmir. İndi istifadəçilərimizlə növbəti ay ərzində nəzərdən keçirmək üçün yeni siyasətimizi “WhatsApp” vasitəsilə paylaşırıq. “WhatsApp”da dostlarınız və ailənizlə etdiyiniz söhbətlər və mesajlar ikitərəfli şifrələmə ilə qorunur. İkitərəfli şifrələmə, səs qeydinin, video və ya mesajın yalnız siz və söhbət etdiyiniz şəxs tərəfindən oxunduğunu, dinlənildiyini təmin edir. Üçüncü şəxslər, hətta “WhatsApp” və ya “Facebook” belə bu məzmunu görə bilməzlər”, - deyə açıqlamada bildirilib.

Məsələ ilə bağlı Bizimyol.info-ya açıqlaması zamanı “Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüz bildirib ki, bizim Azərbaycandilli sosial media məkanı, media qurumları “WhatsApp”la bağlı məsələni çox, ifrat dərəcədə şişirdirlər. Onun sözlərinə görə, ciddi narahatçılıq üçün əsaslar yoxdur.

Osman Gündüz Osman Gündüz

“Biz uzun müddətdir ki, bütün sosial resurslardan, o cümlədən “WhatsApp”dan pulsuz bəhrələnirik. Yəni, pulsuz olaraq bizə xidmət göstərilir. Xatırlayaq ki, biz bununla xeyli problemlərimizi həll edirik, xidmətlər alırıq, bu resurslar bizə karyera qurmağa, informasiya mübadiləsinə, pul qazanmağa, biznes qurmağa kömək edir. Təbii ki, əvəzində bizim datalardan da, uzun müddətdir ki, “Facebook”da, digərləri də istifadə edir.

İndi də, “WhatsApp”da “Facebook”a məxsus olduğundan bu datalardan WhatsApp reklam məqsədilə də istifadə olunacaq.

Yəni, pulsuz bu xidmətlərdən istifadənizin əvəzinə sizin razılığınız olmadan sizə reklam gələcək. Məhz bu tip mesaj və reklamlar alanda diqqətli olmaq lazımdır.

Adi istifadəçinin adi yazışmaları heç kimə lazım deyil. Burada hansısa risklər yoxdur. Sadəcə , düşünürəm ki, dövlət qurumlarının , böyük biznes qurumların, xidməti və əhəmiyyətli məlumatlarının bu resurslar vasitəsilə açıqlanması risklər yarada bilər. Fikrimcə, vətəndaşlarınmızın və qeyri-dövlət sektorunun, imkan daxilində, inkişafı üçün bu resurslardan maksimum istifadə etməyimiz daha doğru olardı. Pulsuz bizə təqdim olunan bu qlobal resurslardan inkişaf üçün, biznes üçün, karyera və xidmətlər almaq üçün maksimum bəhrələnməliyik.

Bu resusların sahibi xarici vətəndaş olduğundan, resurs xarici olduğundan bizim üçün həmişə dayanıqlıqla bağlı risklər var.

Yeri gəlmişkən, hazırda Konqresdə “Facebook”, “Google”, “Apple” və s. ilə bağlı hesabat hazırlanıb. Ola bilər yaxın müddətdə bu resurslar məcburən parçalansın və WhatsApp-ın sahibi ayrısı olsun və ayrı qaydalar olsun. Odur ki, paralel olaraq digər resurslardan (Telegram, Signal və s) istifadə etmək doğru olardı. Nəzərə alaq ki, Telegram da rus vətəndaşına məxsusdur.

Osman Gündüzün sözlərinə görə, diqqət yetiriləcək məqam bizim şəxsi məlumatlarımızın, müxtəlif dövlət və qeyri-dövlət sektorunun data bazalarında nə dərəcədə qorunmasıdır.

“Hələlik bizim şəxsi məlumatların qorunması Avropanın yeni GDPR standartlarına uyğunlaşdırılmayıb.Yəni, görəsən bizim mobil operatorlardakı nömrələrimiz, kiminsə nömrəsinə daxil olan və çıxan zənglərin “history”si , ev ünvanlarımız, kiminsə harasa uçub-uçmaması ilə bağlı AZAL-dan olan məlimatlar nə dərəcədə qorunur?

Məlumat üçün qeyd edim ki, qonşu ölkələrdə bununla bağlı böyük qara bazarlar formalaşıb. Yəni, tutaq ki Rusiyada , kiminsə mobil nömrəsini Beeline operatorundan 600-800 rubla almaq olar, bu nömrənin son ay üzrə billingini isə 3500-4500 rublla almaq olar. Kiminsə ev ünvanını da bəlli bir məbləğə pasport stoldan əldə etmək olur. Kimsə, daxili və ya xarici resurs bizim fərdi məlumatları 3-cü tərəfə verə bilər. Fikrimcə, biz ölkə daxilində fərdi məlumatların qorunması ilə bağlı qanunvericiliyin Avropanın GDPR standartlarına uyğunlaşdırması və təhlükəsizliyin gücləndirilməsinə diqqət yetirməyimiz daha doğru və faydalı olardı”,-deyə bildirib.

Leyla Mirzə

Paylaş »
››› "Azərbaycan hərbçiləri İrəvanda supermarketdə" - Ermənistanda həyəcan (Foto)
››› “Bu sürətlə vaksinasiyasını bitirmələri üçün 400 il vaxt lazımdır” - Açıqlama
››› "Əraziləri kimin 18 yaşlı oğlunun hesabına almaq istəyirsiniz?" - Vitse-spiker
››› Ermənistan mətbuatı Kremlin adamını "yaxaladı": "Açıq-aşkar depressiyaya düşüb"
››› Mübariz Mənsimovun bacısı: “Atam ölüm yatağında oğlunun yolunu gözləyir” - Video
››› Prezident İlham Əliyev Şuşaya yola düşüb - Video
››› “Şuşadan Ermənistana və onun havadarlarına xəbərdarlıq edildi”
Son xəbərlər
Bütün xəbərlər »