Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Moskvada kritik görüşdə hansı məsələlər masa üstündə olacaq... - Açıqlama
İlham Əliyev, Nikol Paşinyan

Bu gün Rusiya və Azərbaycan Prezidentləri və Ermənistanın Baş naziri arasında üçtərəfli danışıqlar baş tutacaq, bu barədə Rusiya Prezidentinin rəsmi saytı xəbər verib.

Məlumata görə, Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə keçiriləcək görüşdə Moskvada Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında üçtərəfli danışıqlar aparılacaq.

“Moskvanın moderatorluğu ilə keçiriləcək bu görüş 10 noyabr bəyanatının icrası ilə bağlı son iki ayda görülən və gələcəkdə görüləcək işlərin müzakirəsini nəzərdə tutur. Güman ki, belə görüşlər davamlı olacaq. Qarabağda sülhə zəmanətçi qismində iştirak edən Rusiya vaxtaşırı olaraq tərəflərin mövqeyi ilə tanış olacaq”.

Bunu Bizimyol.info-ya politoloq Ceyhun Əhmədli bildirib.

Ceyhun Əhmədli Ceyhun Əhmədli

Politoloq qeyd edib ki, bu görüşün unikallığı da var: “Azərbaycan ilk dəfədir qalib dövlət kimi masa ətrafında əyləşir. Qaliblər həmişə şərtləri diqtə edir. Rəsmi Bakının şərtləri isə bəllidir. 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə Prezident İlham Əliyev mövcud vəziyyətlə bağlı narahatlıq yaradan məqamlara aydınlıq gətirdi. Azərbaycan hər şeydən əvvəl Qarabağda Ermənistan qüvvələrinin hələ qalmasından ciddi şəkildə narazıdır.

Amma rəsmi Bakı həm də onun fərqindədir ki, bu qüvvələr Ermənistan mərkəzi hakimiyyətinə tabe deyil və bu xüsusda, sülhməramlı qüvvələr regionun həmin birləşmələrdən təmizlənməsində fəallıq nümayiş etdirməlidirlər. Ümumiyyətlə, sülhməramlı missiyanın hansı funksiyaları yerinə yetirməli olduğu barədə konkret dəqiqləşdirmələrə ehtiyac var. Digər tərəfdən, Qarabağa qanunsuz səfərlərin təşkili rəsmi Bakıda böyük narazılıq doğurur. Sonuncu müşavirədə çıxışı zamanı bu məqama da toxunan Prezident İlham Əliyev sülhməramlı qüvvələrin bu məsələdə qeyri-adekvat davranış sərgilədiklərini dilə gətirmişdi. Azərbaycan Prezidenti əsasən bu iki məsələ ətrafında konkret təsbitlərin yer aldığı bir razılaşma əldə etməyə çalışacaq”.

C.Əhmədlinin sözlərinə görə, bəyanatın 1 və 4-cü maddələrində ziddiyyətlərin aydınlaşdırılması istiqamətində də müzakirələr gedə bilər: “Paşinyan isə məğlub ölkəni təmsil etdiyinə görə Moskvada hansısa ön şərt və ya xüsusi siyasi tələblə çıxış edə bilməz. Paşinyan yalnız humanitar xarakterli bəzi arzularını ifadə edə bilər. Bu mənada, Ermənistan baş nazirinin daxildən ona edilən təzyiqlərə görə əsir və ya itkin düşənlərin tapılması və geri qaytarılması məsələsinə xüsusi diqqət ayıracağı gözlənilir. Hətta onu da qeyd edək ki, Paşinyan bu yaxınlarda Naxçıvana quru dəhlizin açılması qarşılığında əsir və itkin düşənlərin geri qaytarılmasını ön şərt kimi irəli sürmüşdü. Düşünürəm ki, bu məsələ ətrafında da ortaq bir məxrəcə tapıla bilər. Çünki Azərbaycanla yanaşı, Kreml də regional kommunikasiya xətlərinin açılmasında çox maraqlı görünür”.

Paylaş »
››› Navalnının yaydığı görüntülər Putinin axırına çıxacaq - Video, Foto
››› Azərbaycanda jurnalist qətlə yetirilib
››› "Azərbaycanın qələbəsindən sonra tarixi türk coğrafiyası bərpa olunur"
››› “Avropa səmalarında da Türkiyə İHA-larını görəcəyik”
››› Azərbaycan əsgəri minaya düşərək həlak olub
››› Yunan deputat: “Türklərə döyüşmədən uduzacağıq”
››› "Paşinyan hakimiyyəti müharibənin başlayacağını bilirdi"
Son xəbərlər
Bütün xəbərlər »