Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qorbaçov: Qarabağ məsələsində qalib-məğlub nəzərə alınmamalıdır
Mixail Qorbaçov

İblis yenə iş başındadır- SSRİ-nin birinci prezidenti, xalqımızın yaddaşında cəllad kimi qalmış Mixail Qorbaçov Qarabağ probleminin həllindən danışıb.

O, Qarabağda Azərbaycanın zəfərini nəzərə almadan məsələ barədə danışarkən yenə “Dağlıq Qarabağ münaqişəsi” ifadəsini işlədib. Mixail Qorbaçov hesab edir ki, Rusiya “Qarabağ münaqişəsinin” həllində mühüm rol oynaya bilər.

“Bununla belə problemin həllidə aparıcı rol Azərbaycan və Ermənistana məxsusdur.Qarabağ məsələsi kökləri ötən əsrə dayanan çox ağır bir problemdir. Biz hər iki xalqa kömək etməyə çalışdıq”,- deyə Qobaçov mediaya müsahibəsində bildirib.

O bildirib ki, müharibə başa çatsa da, problem tam həllini tapmayıb. “Buna görə də indi dayanmaq və onun həllini gələn onilliklərə saxlamaq düzgün deyil.Həll yolu qalib və məğlub amili olmadan hər iki tərəfin maraqları daxilində tapılmalıdı”,- deyə eks prezident vurğulayıb.

Qeyd edək ki, bu gün Kreml sarayındaVladimir Putinin təşəbbüsü iləPrezident İlham Əliyev, Baş nazir Nikol Paşinyan arasında üç tərəfli görüş keçiriləcək

İlhamə

Paylaş »
››› "Azərbaycan təzminat əvəzinə Zəngəzuru istəyir" - Ermənistanda həyəcan
››› Bizi yoluxdururlar, yoxsa xilas edirlər?- Vaksinin qəribə xüsusiyyətləri barədə
››› Baydenin Hacınəzəryana yüksək vəzifə verməsi Azərbaycana qarşı nə vəd edir...
››› Azərbaycanda yeni mis-qızıl yatağı kəşf edilib
››› "Ərdoğan Afrikanı seriallarla ələ keçirir" - Britaniya mətbuatı
››› ABŞ Krıma müdaxilə planı hazırlayır: Rusiya narahatdır
››› Hökumətdən 190 manatlıq birdəfəlik ödəmə ilə bağlı açıqlama
Son xəbərlər
Bütün xəbərlər »