Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Moskva görüşünün nəticələri Azərbaycana nə vəd edir... - Açıqlama
İlham Əliyev, Vladimir Putin və Nikol Paşinyan

“Bu gün Moskvada keçirilən üçtərəfli görüşlə bağlı Azərbaycan cəmiyyətinin çox böyük gözləntiləri mövcuddur. Rusiya prezidenti vasitəçiliyi ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın görüşünə Azərbaycan əvvəlki illərdən fərqli olaraq bir çox üstünlüklərlə daxil olur”.

Bunu Bizimyol.info-ya açıqlaması zamanı Sosial Tədqiqatlar Mərkəzinin (STM) baş məsləhətçisi, politoloq Tural İsmayılov bildirib. Onun sözlərinə görə, son əməliyyatlar zamanı Azərbaycanın Ermənistana vurduğu zərbələr, eyni zamanda Ermənitanın böyük itkiləri fonunda Nikol Paşinyan görüşə təkcə məğlub ölkənin baş naziri kimi deyil, ölkəsini fəlakətə sürükləyən iqtidar təmsilçisi və rəhbəri kimi gəlir.

Tural İsmayılov Tural İsmayılov

“Bu üstünlüklərin içərisində böyük qələbəmiz və Ermənistanın kaptulyasiyasına imza atmasını xüsusi qeyd etmək lazımdır. Bundan əvvəlki görüşlərdə daim Azərbaycan haqlı tərəf olsa da, torpaqlarımızın Ermənistan təfərindən işğalda saxlanılması və Ermənistanın əlavə aqressiya göstərməsinə, danışıqlar prosesini pozmağa cəhd etməsinə səbəb olurdu. Lakin indi Nikol Paşinyan görüşə təkcə məğlub ölkənin baş naziri kimi deyil, ölkəsini fəlakətə sürükləyən iqtidar təmsilçisi və rəhbəri kimi gəlir”.

Tural İsmayılovun sözlərinə görə, müzakirə olunacaq mövzulardan biri Rusiya sülhməramlılarının fəaliyyət prinsiplərinin necə müəyyənləşdirilməsi ilə bağlı olacaq.

“Bildiyimiz kimi 10 noyabrdan sonra Ermənistan tərəfindən Xocavənddə və digər bölgələrdə törədilən təxribat hərəkətlərinə qarşı cəmiyyət tərəfindən böyük qıcıq var. Çünki Rusiya sülhməramlıları həmin bölgədə bu tip fəaliyyətlərin də qarşısını almalıdır. İmzalanan üçtərəfli bəyanatda bu məsələ xüsusi şəkildə vurğulanıb, lakin buna baxmayaraq, belə təxribatlarla bağlı sülhməramlıların komandanlığı tərəfindən açıq şəkildə hansısa bir bəyanata rast gəlmədik.

Bundan əlavə Azərbaycanlı məcburi köçkünlərin azad olunan torpaqlara qaytarılması prossesi də var. Nəzərə alaq ki, bu gün Qarabağda yaşayanlara müxtəlif humanitar və siyasi yardımlar göstərən Rusiya sülhməramlı kontingenti bundan sonra azərbaycanlı məcburi köçkünlərin də dövlətimiz tərəfindən həmin ərazilərə qaytarılmasında fəal şəkildə rol almalıdır. Tutaq ki, Xankəndiyə qayıdanlara hansısa humanitar yardımlar edən Rusiya sülhməramlıları düşünürəm ki, Laçına, Ağdama, Kəlbəcərə və s. ərazilərə qayıdacaq azərbaycanlılar üçün də həmin humanitar addımları, müxtəlif jestləri həyata keçirməlidir. Həmin ərazilər Azərbaycan torpaqlarıdır və orada yaşayan digər xalqlar kimi azərbaycanlılara da həmin münasibətlər göstərilməlidir.

Zəngəzurun Mehri şəhəri Zəngəzurun Mehri şəhəri

Bundan başqa sərhəd məsələləri də müzakirə olunacaq məsələlərdən biridir. Torpaqlarımız işğal olunduqdan sonra Zəngilanın bir çox strateji kəndləri saxtakarlıqla Qafan və Zəngəzur rayonlarının ərazisinə birləşdirilib. Bu gün sərhədlər müəyyən olunduğuna görə, həmin kəndlər yenidən Azərbaycanın nəzarəti altına qaytarılıb. Bu səbəbdən də Ermənistanda böyük etiraz dalğası hökm sürür. Bundan sonra sərhədlərdə hansısa təxribatların olmayacağı ilə bağlı mütləq məğlub ölkə tərəfindən zəmanət əldə olunmalıdır”.

Politoloq onu da vurğulayıb ki, Moskvada keçiriləcək görüş hər bir formada Azərbaycanın xeyrinədir: “Mehri dəhlizi üzərində hansı işlərin görüləcəyi ilə bağlı məsələlər müzakirə olunmalıdır. Laçın dəhlizi və sonrakı 3 il ərzində inşa ediləcək yeni infrastruktur layihələrin əsas prinsipləri müzakirə edilməlidir. Düşünürəm ki, Azərbaycan tərəfindən ortaya qoyulan dəqiq və sərrast möqvedən sonra Rusiya tərəfinin köməyi ilə mütləq Ermənistan tərəfi ağıllı addımlar atmalıdır. Çünki Ermənistanın heç bir çıxış yolu qalmayıb. Ölkə daxilində Paşinyana qarşı müxtəlif siyasi fraksiyaların ciddi addımları var və hazırda Ermənistanda böyük bir qarışıqlıq hökm sürür. Bu, bütövlükdə Ermənistan cəmiyyətinin və dövlətçiliyinin sonu ola bilər. Bu gün Moskvada keçiriləcək görüş hər bir formada Azərbaycanın xeyrinədir və Moskva görüşünü Prezident İlham Əliyevin sentyabr ayından bu yana bizə yaşatdığı qələbə duyğusunun növbəti siyasi davamı kimi qiymətləndirə bilərik”.

Leyla Mirzə

Paylaş »
››› “Baydenə zəng vur, Əliyevlə danışsın, imtina etməyəcək”
››› Şəhid məzarlarına münasibət Ermənistanı sevindirdi
››› Qaradağda basdırılan şəhidin xanımı: Biz təxribatçı deyilik, şəhidlərimizin su içində yatmasına razılaşmayacağıq
››› Azərbaycanın ərazisində erməni generalına heykəl qoyulub
››› “Göyçə gölünün əsas mənbələri Azərbaycanın nəzarətinə keçib” - Petrosyan
››› Yanacağın qiyməti artandan sonra qida və dərman məhsulları sürətlə bahalaşır
››› Ermənilər Qarabağda təxribatlara davam edirlər
Son xəbərlər
Bütün xəbərlər »