Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənistanda hava limanına gedən yolu bağlayıblar: "Paşinyan Moskvaya getməsin"
İlham Əliyev, Vladimir Putin və Nikol Paşinyan

Ermənistanın baş naziri Nikol Paşinyanın tərəfdarlarından biri etirazçıların arasına girərək onları ittiham edib.

Hadisə, Nikol Paşinyanın Rusiya paytaxtına səfəri ilə bağlı təşkil olunmuş etiraz aksiyasında baş verib.

Baş nazir Nikol Paşinyanın tərəfdarı "Zvartnots" hava limanına gedən yolu bağlayan müxalif qüvvələrin əleyhdarlarını "yağlı ittihamlara" qonaq edib. Müxalifət tələb edir ki, Paşinyan Moskvaya getməsin, çünki xəyanətkar sənədlrə imza atacaq.

Baş nazirin qadın tərəfdarı müxalifətin ittihamlarına cavab olaraq deyib ki, Azərbaycan qarşısında məğlubiyyətə görə Paşinyan günahkar deyil. O bildirib ki, ölkə Paşinyandan əvvəl talan edilib və baş nazirin mübarizə aparmaq üçün mənbələri yox idi.

İrəvanda Respublika meydanında mitinq Ermənistanda etirazlar (Foto: Arxiv)

Yerli mətbuatın yazdığına görə, etirazçılar qadını sakitləşdirməyə çağırıblar, onu həkimə aparmağa çalışıblar. Yeri gəlmişkən, etirazçılar Paşinyanın "məxməri inqilab" günlərində dəfələrlə səsləndirdiyi məşhur ifadəsini də xatırladıblar: "Adam özünü pis hiss edir".

Qeyd edək ki, bu gün səhər müxalifət fəalları Ermənistanın baş naziri Nikol Paşinyanın Moskvaya getməsinin qarşısını almaq üçün "Zvartnots" beynəlxalq hava limanına gedən yolu bağlayıblar. Amma hökumət korteji hava limanına yol tapıb.

Bu gün Moskvada Ermənistan, Rusiya və Azərbaycan rəhbərlərinin üçtərəfli görüşü keçiriləcək. Kremldən verilən açıqlamaya görə, tərəflər Qarabağ ətrafında vəziyyəti müzakirə edəcəklər.

Mikael Minasyan Mikael Minasyan

Paşinyanın müxalifləri görüşdə ölkənin maraqlarını pozan  sənədin imzalanacağını düşünürlər. Ermənistanın 3-cü prezidenti Serj Sarkisyanın kürəkəni, ölkənin Varikandakı keçmiş səfiri Mikael Minasyan bildirib ki, Moskva görüşündə Azərbaycanın 3 tələbinə əməl ediləcək. Bunlardan birincisi, Ermənistan qüvvələrinin Qarabağdan çıxarılmasıdır. Onun sözlərinə görə, rəsmi Bakının ikinci tələbi odur ki, Ermənistanın rəsmi şəxsləri Qarabağa yalnız Azərbaycanın icazəi ilə gedə bilər. Minasyanın iddia etdiyi 3-cü tələb isə bu olacaq ki, Qarabağda idarəetmə vəzifələrinə təyinatlar və seçkilər Azərbaycan və Rusiya sülhməramlıları ilə razılaşdırılsın və bu məsələdə Ermənistan iştirak etməsin.

Müxalifətin başqa versiyalarına görə, Moskvada Paşinyan sərhədlərin demarkasiyası ilə bağlı sənədə imza atacaq və hazırda Ermənistanın nəzarətində olan bir sıra ərazi vahidləri Azərbaycana qaytarılacaq. Bundan başqa, Ermənistan müxalifəti Naxçıvan dəhlizi ilə bağlı sənədin də imzalanacağını, dəhliz adı altında Mehridə böyük bir ərazinin Azərbaycana veriləcəyini düşünür.

Zəngəzurun Mehri şəhəri Zəngəzurun Mehri şəhəri

Azərbaycanda da bu görüşdən narahatlıq keçirənlər var. Bir müddət əvvəl Rusiya prezidenti Vladimir Putin sülhməramlıların sayının artırılmasından danışmışdı və bildirmişdi ki, heyətin sayının artırılması bütün tərəflərin razılığı ilə olmalıdır. Ehtimal olunur ki, bu gün Kreml məhz buna nail olmağa çalışacaq.

Amma bir neçə gün əvvəl Azərbaycan Prezidenti İlham Əliyev sülhməramlıların fəaliyyətini tənqid etmişdi. Yəqin ki, bu tənqidlərdən sonra Azərbaycanın bu plana razılıq verməsi inandırıcı deyil.

Paylaş »
››› David Tonoyandan sensasiyalı müharibə etirafları - əmrlər Sergey Şoyqudan gəlirmiş
››› Putin axır ki, "saray videosu"ndan danışdı və özünü daha da çətinə saldı - Video
››› “Ərdoğan Parisdən 3 saatlıq məsafədə Osmanlı İmperiyası qurur”
››› Avropada erməni olmaq: Erməni kimliyi və diasporasının ikinci sığınacaq “vətəni”: “Fransa erməniləri”, yoxsa “erməni əsilli fransızlar”
››› Rusiya sülhməramlıları səlahiyyətini aşdı: “Qarabağda təlimlər keçən sülhmərəmlılar döyüşə hazırlaşır” - Politoloq
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Naxçıvan yolu Turan birliyinə aparan yol olacaq
Son xəbərlər
Bütün xəbərlər »