Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kim Çen In Koreya Fəhlə Partiyasının baş katibi seçilib
Kim Çen In

Koreya Xalq Demokratik Respublikası Dövlət Şurasının sədri Kim Çen In ölkənin hakim Koreya Fəhlə Partiyasının (KFP) baş katibi seçilib.

Bizimyol.info xəbər verir ki,  Yonhap agentliyindən verilən məlumata görə, seçki partiyanın paytaxt Pxenyanda davam edən 8-ci qurultayında keçirilib. Bununla da Kim Çen In atası Kim İr Sendən sonra KFP-nin boş qalan baş katibi vəzifəsini tutmaqla, rəsmi də olsa hakimiyyətini bir az da möhkəmləndirib.

Partiyanın qurultayında Mərkəzi Komitənin və onun siyasi bürosunun üzvləri də seçilib. Bundan başqa, ölkənin qarşıdakı 5 il üçün siyasi, hərbi, iqtisadi və diplomatik sahələr üzrə əsas fəaliyyət istiqamətləri müəyyən edilib.

Qeyd edək ki, KXDR-in lideri Kim Çen Inın atası Kim İr Sen 2011-ci ildə vəfat edib. Partiyanın 2012-ci ildə qəbul etdiyi qərarla Kim İr Sen əbədi baş katib, Kim Çen In isə 1-ci katib elan olunmuşdu.

Kim Çen In hazırda KXDR Dövlət Şurasının Sədri, Koreya Xalq Ordusunun Ali Baş Komandanı vəzifələrini də tutur.

Paylaş »
››› Rusiyada etirazlar 100-dən artıq şəhəri bürüyüb: Putin çətin sual qarşısında - Video
››› Vladimirin yerinə Aleksey, yaxud “Navalnı inqilabı” Azərbaycana nə vəd edir
››› Qalib əsgər sosial problemlər içində boğulur - Maliyyə Nazirliyi nəyə lazımdır?..
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Masallı rayon Xəstəxanasının baş həkimi barəsində həbs qətimkan tədbiri seçilib
››› DİN Şəmkir polisi haqqında yayılan iddialara aydınlıq gətirdi
››› Ermənistanın hərbi analitiki: "Müharibədəki itkilərimizin sayı altı min nəfərə çatır"
Son xəbərlər
Bütün xəbərlər »