Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Günün ulduz falı: 11 yanvar, 2021
Bürclər

Bizimyol.info qoroskop həvəskarlarına 11 yanvar, 2021-ci il tarixi üçün ulduz falını təqdim edir:

Qoç - Narahat bir gündür. Diqqətinizi cəmləməkdə çətinlik çəkəcəksiniz. Hətta vacib olmayan, kiçik, təsadüfi problemləri də həll etmək üçün bəzən diqqətinizi toparlaya bilməyəcəksiniz.

Amma düzgün qiymətləndimə aparsanız, vacib problemləri önə çəksəniz, vəziyyətdən çıxa biləcəksiniz. Ağıllı qərarlarla ən cəsarətli planları belə gerçəkləşdimək şansınız olacaq. Tərəfdaşlarınızı diqqətlə seçin. Yanlış seçdiyiniz insandan yardım istəməkdənsə, problemləri təkbaşına həll etmək daha yaxşıdır.

Hərdən sevdiklərinizlə ortaq dil tapmaq çətin olur. Gərgin anlarda yumor hissi kömək edəcək. Bəzən vəziyyəti dəyişmək və münaqişəni yoluna qoymaq üçün bir-iki kəlmə kifayət edir.

Buğa bürcü Buğa bürcü

Buğa - Sakit olmalısınız. Nə qədər az narahatlıq keçirsəniz, gününüz bir o qədər yaxşı keçəcək. Uğura olan inam sizi bir dəqiqə də tərk etməsin.

Gəzintilərə çıxa bilərsiniz. Ancaq belə gəzintilər sizi gündəlik işlərinizdən yayındırmasın. Çalışın vacib işləri təxirə salmayın.

Böyük nağd pul daxilolmaları mümkündür. Gün alış-veriş, mürəkkəb maliyyə məsələlərini həll etmək üçün uğurlu və əlverişlidir. Nəyə pul xərcləmək olar və nələri etmək lazım deyil - bu mövzuda düzgün qərarlar verə biləcəksiniz.

Əkizlər - Ardıcıl və asta hərəkət etmək istəyirsiniz, amma ulduzlar sizə belə bir fürsəti vermir. Bir çox yeni tapşırıqlar ortaya çıxacaq və heç biri həll olunmamış qala bilməz. Ətrafınızdakı insanlar imtina edə bilməyəcəyiniz xahişlərlə sizə müraciət edəcəklər. İşləriniz nəzərdə tutduğunuzdan daha çox vaxtınızı alacaq.

Qeyri-adi insanlarla tanış olmaq, ünsiyyət əhatəsini əhəmiyyətli dərəcədə genişləndirmək imkanınız olacaq. Başqalarının rəğbətini qazanacaqsınız. Bunun üçün sadəcə, təbii davranmaq kifayətdir. Qeyri-adi ideyalar, planlar ortaya çıxa bilər.

Xərçəng bürcü Xərçəng bürcü

Xərçəng - İnam və simpatiya doğuran insanlarla çox ünsiyyət qurmalısınız. Onlarla danışmaqla kifayətlənməməli, dostluq və maraq göstərməlisiniz.

Yorğun olduğunuz zaman əhval-ruhiyyəniz tez pozulur. Amma maraqlı bir işlə qarşılaşan kimi bütün narahatlıqlarınızı unudacaqsınız. Bu, böyük ehtimalla günortadan sonra baş verəcək.

Nağd pul daxil ola bilər. Alınan vəsaiti xərcləməyə tələsməyin: İndi lazımlı görünən xərclər az sonra lazımsız görünə bilər.

Şir - İnadkar olun. Uzun müddət öhdəsindən gələ bilmədiyiniz mürəkkəb, qarışıq problemləri həll edə biləcəksiniz. Qeyri-adi bir şey etməkdən zövq alacaqsınız, tanış problemlərin həllində yeni bir yanaşma axtaracaqsınız. Bəzən irimiqyaslı və mürəkkəb bir layihədə uğur qazanmaq üçün yanaşma tərzini dəyişmək lazım gəlir.

Həm işgüzar, həm də əyləncə məqsədli səyahətlər üçün uğurlu bir gündür. Bəlkə də həyatınızda mühüm rol oynayacaq qeyri-adi romantik hekayələrin başlanğıcı ola bilər. Şəxsi münasibətlərlə əlaqəli hər məsələdə intuisiyanıza etibar edə bilərsiniz.

Qız bürcü Qız bürcü

Qız - Səhər saatlarında diqqətli olun. Tanımadığınız insanlarla münasibətlərdə xüsusilə diqqətli olmağınız vacibdir. Onlardan yaxşı heç nə gözləməyin. Amma bu gün yaxşı tanıdığınız insanlar da bəzən xoşagəlməz bir şəkildə sizi təəccüblənirə bilərlər.

Təkbaşına işləməklə böyük bir uğur əldə edə bilərsiniz. Üstəlik, müzakirələrə və izahatlara vaxt itirməyə ehtiyac qalmayacaq, beləliklə daha çevik hərəkət edə biləcəksiniz.

Uğurlu alış-verişlər ola bilər. Amma israfçı alış-verişlərə qarşı diqqətli olmalısınız.

Sizi və sevdiklərinizi sevindirən xəbərlərin gəlməsi mümkündür.

Tərəzi - Hər şey yaxşı olacaq. Sizdən tələb olunan tək şey tələsməmək və yarı yolda vacib qərarlar verməməkdir.

Tez-tez fikir ayrılıqları və mübahisələr ortaya çıxa bilər, ruhən sizə çox yaxın olan insanlarla heç də həmişə ortaq dil tapa bilmirsiniz. Əvvəllər asan olmayan münasibətlər indi xüsusilə gərginləşə bilər. Açıq qarşıdurmanın qarşısını almaq çətin ola bilər.

Planlaşdırılmamış alış-verişlərdən imtina etmək və xərcləri mümkün qədər azaltmaq daha yaxşıdır. Artıq pula məsuliyyətsiz yanaşmağa meyllisiniz. Belə davranış itkilərə səbəb ola bilər.

Əqrəb - Asan bir gün deyil. Ünsiyyətdə problemlər, işdəki çətinliklər, eləcə də kiçik uğursuzluqlar narahatlıq gətirə bilər.

Amma bədbin olmayın! Bütün çətinliklərin öhdəsindən gələcək və uğur qazanacaqsınız. Başladığınız işləri yarımçıq buraxmayın.

Maliyyə sahəsində işləri qaydasına salmağa çalışın. Qarmaqışıqlıq əlavə xərclərə səbəb ola bilər.

Boş vaxtınızı yaxınlarınızla keçirtməlisiniz - onlarla ünsiyyət sizin üçün xoş olacaq və diqqətinizi cəmləməyə kömək edəcək.

Oxatan bürcü Oxatan bürcü

Oxatan - Çətinliklər yaşaya bilərsiniz. Amma çətin işlərə alışmısınız. Nikbinliyi, yaxşı əhval-ruhiyyəni və uğura inamınızı qoruyursunuz. Ona görə də bütün çətinlikləri tez bir zamanda aşmağı bacaracaqsınız. Bunun üçün aşılmaz bir səbəb olmadığı təqdirdə tənbəllik etməməli, işləri təxirə salmamalı və əvvəllər qurduğunuz planlardan imtina etməməlisiniz.

Günortadan sonra çoxdan bəri haqqınızda pis düşünənlərin mövqeyini dəyişmək üçün fürsətiniz olacaq. Kiçik detalları müşahidə etmək və müşahidələrinizdən düzgün nəticə çıxarmaq qabiliyyəti sizin üçün çox faydalı olacaq.

Qeyri-adi görüşlər mümkündür. Bu görüşləri uzun müddət məmnuniyyətlə xatırlayacaqsınız.

Oğlaq - Narahat bir gün gözləyir sizi. Ruhi dincliyinizi qorumaq çətin olacaq. Özünüz üçün dinclik mənbəyi olan məşğuliyyət tapsanız, mövcud vəziyyətin verdiyi bəzi üstünlükləri görə bilsəniz əhval-ruhiyyənizi qoruyub saxlaya biləcəksiniz. Xoşagəlməz xatirələri yada slmaqdan qaçın. Beyninizdə köhnə problemlərə qayıtmaq məsləhət deyil.

Münasibətlərinizdə düzgün seçim vacibdir: Ləyaqətsiz bir insana güvənmək, böhtan və dedi-qodu qurbanı olmaq kimi bir risk qarşısındasınız. Sirlərinizi kiməsə açmazdan əvvəl iki dəfə düşünün.

Dolça bürcü Dolça bürcü

Dolça - Ağır bir gün olacaq. Ailə problemləri, qohumlarla fikir ayrılıqları, habelə hədəfə doğru yolda ürəyinizi bürüyən şübhələr...

Bununla belə, çətinliklər göründüyü qədər də əhəmiyyətli deyil və maneələr aşıla biləndir, buna görə ruhdan düşməyin.

Günün ortalarında dəyişiklik gözlənilir - qəti hərəkətə keçmək üçün yaxşı vaxtdır.

Axşama qədər xırda şeylərə vaxt itirməsəniz, çox şey əldə edəcəksiniz. Əlaqələrinizdə diqqətli olun. Sizinlə mübahisə etmək istəyənlərlə çox da söhbət etməyin.

Balıq - Bəzi vacib qərarlar verə bilərsiniz. Amma bunu soyuqqanlı şəkildə etməlisiniz. Ətrafdakıların təsirini minimuma endirin, qərarlarınızı təkbaşına verin. Qərar verərkən ətrafdan təzyiqlər mümkündür, amma inadkar olmalı və ürəyinizin verdiyi hökmlərə tabe olmalısınız.

Bütün məsələlərə ciddi və sakit yanaşmaq lazımdır, səhvlərdən qaçmağın yeganə yolu budur. Duyğularınız oyanıbsa, hissləriniz sizi idarə edirsə və ətrafdan gələn təzyiqlərə qarşı zəiflik hiss edirsinizsə, qərar verməkdən çəkinin.

Ətrafınızdakı insanlar həmişə sizə anlayışla yanaşmırlar, tez-tez sizi tənqid edirlər, xoşagəlməz fikirlər söyləyirlər. Amma açıq qarşıdurmadan çəkinmək sizin öz əlinizdədir. Bunun üçün vaxtında səmimi münasibət nümayiş etdirmək kifayətdir.

Paylaş »
››› David Tonoyandan sensasiyalı müharibə etirafları - əmrlər Sergey Şoyqudan gəlirmiş
››› Şirvan xəstəxanasında özbaşınalıq: Tibbi heyət Baş həkimdən narazılıq edir - Video
››› Putin axır ki, "saray videosu"ndan danışdı və özünü daha da çətinə saldı - Video
››› Yüzlərlə Bakı sakini Naxçıvanda ilişib qalıb
››› “Ərdoğan Parisdən 3 saatlıq məsafədə Osmanlı İmperiyası qurur”
››› Cavad Zərifin Bakı səfərinin arxasında nə dayanır...
››› Rövnəq Abdullayev vəzifəsini icra edir
Son xəbərlər
Bütün xəbərlər »