Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənistandan Moskva görüşü öncəsi açıqlama: “Mehri dəhlizi” mövzusu şişirdilib
İlham Əliyev, Vladimir Putin və Nikol Paşinyan

Yanvarın 11-də Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan görüşəcək. Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə keçirilən üçtərəfli görüş Moskvada baş tutacaq. Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Bizimyol.info xəbər verir ki, Ermənistan hökumətinin açıqlamasına görə, görüşdə Dağlıq Qarabağ və ərazi məsələlərilə bağlı heç bir sənədin imzalanması nəzərdə tutulmayıb. Ermənistan Baş nazirinin mıtbuat katibi Mane Gevorkyan bildirib ki, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin görüşü iqtisadi xarakter daşıyır: “Ərazi məsələlərilə bağlı heç bir sənəd imzalanmayacaq”.

Gevorkyan sosial şəbəkə hesabında hesabında yazıb ki, görüş zamanı regional kommunikasiyalar, bu ölkələrdən keçən beynəlxalq yükdaşımalarla bağlı məsələlər müzakirə olunacaq.

Mətbuat katibi iddia edir ki, həm Azərbaycan, həm də Ermənistanda bir sıra dairələr daim “Mehri dəhlizi” mövzusunu şişirdir: “Halbuki, 9 noyabrda imzalanan bəyanatda Ermənistan ərazisindən hər hansı dəhlizin yaradılması barədə heç bir bənd yoxdur”.

Mətbuat katibi əlavə edib ki, əsirlərlə bağlı məsələ həllini tapmadan iqtisadi razılaşmaların icrası da mümkün olmayacaq: “Ermənistan tərəfi üçün təməl məsələ əsir, girov və saxlanılan şəxslərin hamısının dəyişdirilməsi, döyüş bölgəsində axtarış-xilasetmə əməliyyatlarının genişləndirilməsidir. Bu məsələ həll olunmadan hər hansı iqtisadi gündəliyin müzakirəsi çətin olacaq. Ermənistan tərəfi bu məsələni Moskva görüşünün əsas mövzularından biri hesab edir”.

Gevorkyanın sözlərinə görə, əgər sadalanan məsələlər üzərində tərəflər razılığa gələ bilsələr, görüşün nəticələrilə bağlı birgə bəyanatın qəbulu da istisna olunmur.

Xatırladaq ki, sentyabrın 27-də Azərbaycan cəbhənin bütün istiqamətlərində aktiv əməliyyatlar başlayıb və noyabrın 9-da Ermənistan təslimçilik sənədinə imza atıb.

Noyabrın 9-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri münaqişə zonasında əməliyyatların tam dayandırılması barədə bəyanat imzalayıb. Bəyanata uyğun olaraq, 2020-ci il dekabrın 1-dək Kəlbəcər, Ağdam və Laçın rayonları Azərbaycana qaytarılıb.

Paylaş »
››› Vaksin vurulmuş şəxslərə veriləcək pasportun əhəmiyyəti nədir… - Açıqlama
››› “İlk zərbəni Türkiyə endirəcək, 2-3 gün çəkəcək, vəziyyət yaxşı deyil”
››› Qazimizin atası oğluna dərman almaq üçün kredit götürüb
››› Ermənistan mağazalarında Azərbaycan etiketli məhsullar necə peyda olub... - Foto
››› "Türkiyə və Azərbaycanın qarşısında heç bir maneə yoxdur" - Abramyan
››› Fransa erməni terrorçularını Azərbaycandan geri almaq istəyir
››› Oqtay Şirəliyevə koronavirus əleyhinə peyvənd vurulub - Video
Son xəbərlər
Bütün xəbərlər »